adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2019 10:15
43216
MARAQLI

Faciəyə çevrilən ümid gəmisi Struma

IIDünya müharibəsinin gərgin dövrlərində Alman soyqrımından qaçmaq üçün yəhudilərinson ümidi idi Struma. İngiltərə idarəsialtında olmaq şərti ilə Filistinə getmək üçün nəzərdə tutulan bir gəmi idi. Yəhudilərəafişalarda gəminin lüks bir səyahət gəmisiolduğu göstərilmişdi. Millət əlində nə var,nə yox idisə hamısını satıb gəmiyəbilet almışdı.

Heyvan daşımaq üçün nəzərdə tutulan və maximum tutumu 200 nəfər olan gəmiyə800 nəfər mindirilir. Gəmi yolda 2 dəfə xarab olur, birinci dəfəsində insanlar əllərində qalan son dəyərli əşyalarını da verib başqa bir gəmi sayəsində gəmini təmir etdirirlər. İkinci dəfəsindəisə Struma, Sarayburnunda xarab olur və İstanbulda lövhər atıb qalır. Bundan sonra 9 həftəlik gözləmə başlayır.

Türkiyə Almaniya tərəfindən təzyiqlərə məruzqalır və müharibədə tərəfsiz qalmaq üçün gəmini qəbul etmir. Gəminin Romaniyaya qayıtmasını istəyirlər,amma Romaniya da təzyiq altında qalaraq gəminin geri qayıtmasına razı olmur. İngiltərə isə əgər ordakı yahudilər ingiltərəyə gəlib çatarsa saylarının artacağı əndişəsiilə gəminin ora gəlib çıxmasını istəmir.

Bütün bunlarla yanaşı, gəmi xəstəlik vəinfeksiya daşıyıcısına çevrilir. Bu qədər müddət dənizinortasında qalan gəminin yemək vədərman ehtiyatı da bitir. 800nəfərin kipləşdiyitaxta yığınında bu qədər problem az imiş kimi cəmi bir tualet var idi. Türk kızılayı gəmiyəmüəyyən yardımlar göstərsə də xeyri olmurdu.

İnfeksiya vəxəstəlik daşıyıcısı olan gəmidən özünü dənizəataraq qaçmağa çalışan insanları botlar ilə yenidəngəmiyə qaytarırdılar. Gəmidən çıxmağı bacaran sadəcə bir neçə "şanslı” insan var idi. Onlar Martin Segal ailəsi və qanamakeçirən hamilə bir qadın idi.

Bu əzablı gözləmədən sonra gəmini qurtarmaq üçün edilən "çabalar” yetərli olmur. Motoru işləməyən gəmini çəkicilər tərəfindən Qaradəniz sahilinə çəkmək qərarına gəlirlər. Bu zaman Qaradənizə nəzarət edən SC-213 adlı SSRİ sualtı gəmisi Strumanı şübhəli hesab edərək partladır. İçindəki 103 nəfər uşaq olmaqla, 768 nəfərin hamısıhəlak olur. Və beləcə ümidə getdiyiyolda Struma sulara qərq olur