“Facebook”dan çıxıb başqa sayta keçənləri izləyirlər
“Meta” “Facebook” və “Instagram”a quraşdırılmış brauzerdən istifadə edərək istifadəçilərini izləyir.
Bu barədə kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Feliks Krauze bildirib.
Məsələ burasındadır ki, istifadəçi yuxarıda göstərilən sosial şəbəkələrdən kənar keçidləri izləməyə çalışdıqda saytlar “Meta” tərəfindən idarə olunan daxili brauzerdə açılır. Sonra, brauzer sayt səhifəsinə kod əlavə edir. Bu kod istifadəçinin bütün fəaliyyətini (linklərə kliklər, mətni seçmək, skrinşotlar çəkmək), hətta login və parollarını qeydiyyata götürür.
“Meta” kənar kodun əlavə edilməsi faktını inkar etməyib, lakin əlavə edib ki, toplanmış məlumatlar yalnız istifadəçiyə ünvanlanmış konkret reklamı seçmək üçün istifadə olunur, həmçinin istifadəçi digər internet səhifələrində öz hərəkətlərini izlənməsindən imtina edə bilər.
O da qeyd olunur ki, “Meta”nın sahibi olduğu “WhatsApp” mesencerində brauzer müşahidə aparmır.
Digər Xəbərlər
26 Dekabr 2025 15:06
Bakcell lotereyasında 12-ci avtomobil uduldu!
17 Dekabr 2025 18:03
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu - FOTOLAR
17 Dekabr 2025 09:20
Əldə telefonla gəzməyin təhlükəsi
16 Dekabr 2025 15:32


Bakı -°C

