adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyul 2019 16:45
129357
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır.Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvisayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünədanışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, sizyazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaqki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq,bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***


Ceyhun Musaoğlu: "Dövlətini sevdiyinqədər azad və rahat olacaqsan

***


Səxavət Məmməd: "Redaksiya olaraq Allahverdili Toğrulu görməkdənbezdiyimizi hamı bilir. İlanın yarpızdan zəhləsi gedir, o da yuvasının ağzındabitir. Dünən təyyarə gözləyəndə çiynimə bir sillə dəydi, çönəmki Toğrul. O an əlimiaçdım göyə ki, Aqil Ələsgərə şükür ilahi”.

***


Nicat Novruzoğlu: "Bir tava götürübiçərisinə 2 dənə diaspora təşkilatı, 2 dənə qeyri hökumət təşkilatı, elə osayda da babat sayt çırpdıqdan sonra üzərinə 3 ədəd kənd yumurtası vurub bişirəsən."Tavarnı vidi" super olar.


***


Nicat Hüseyn Dağlar: "Başqa ölkələrdəmüxalifətçilər "maaşlar niyə artırılmır" sualına cavab axtarır,bizimkilər isə "niyə artırıldı?" deyib ağlaşırılar....

***


Nərmin Şahmarzadə: "Şairlərin eşqidaha yaxşı şeir yazdıra bilən birini tanıyana qədərdir. Amma gənc şairləri sevəbilərsiniz, bütün hallarda yaza bilmirlər”


***

CəlaləNəzəroğlu Natiqqızı: "Piyada keçidindən bir qız keçirdi.Keçidi bitirəndən sonra da saniyələrlə onun ardınca baxdım.O qədər gözəl idiki! Dizdən aşağı güllü don geyinib, ayağında sandal, saçları özündən dalğalıbelinə tökülüb, özü də qarabuğdayı. Elə bil roman kitabından çıxıb küçəyədüşmüşdü.Dərhal düşündüm ki, indi belə yerdə yazıq kişiləri necə qınayasan?


***

Türkan Turan:"Bir gənc qəza nəticəsində dünyasını dəyişib. Nur içində yatsın! Oğlan özsahəsində tanındığı üçün hadisə manşetlərdədir. Sevgilisinin açıqlamasıdiqqətimi çəkdi, oxudum. Ardınca bir-iki yerdə qızın videolarını gördüm, qəmlimahnı sədası altında hönkürüb ağlayan yerdə özü özünü videoya çəkib,instagramda paylaşıb. İstənilən halda insanları qınamağı sevməsəm də, bu dəfəkisümüyə dirəndi...
Axı, bunu etmək nə dərəcədə mümkündür?! İnsanın sevgilisi biraz əvvəl torpağa verildiyihalda instagram,facebook necə yada düşə bilər?!
Yəni sosial şəbəkə insanların beynini, ruhunu,duyğularını bu qədər zəbt edib?! Bununla hansı əskiklik tətmin edilməyəçalışılır?! Nədir insanlardakı bu şou həvəsi?!
Ölümü, xəstəliyi demirəm heç... sevgili iləinciklik olanda belə adam özünə yer tapa bilmir, yerin altında, yoxsa üstündəolduğunu müəyyən edə bilmir. Nəinki sosial şəbəkə, bir qurtum su içməyə beləhəvəsi olmur...
Nə bilim e...!
P.s Siz siz olun, içi dolu insan tapanda ondanmöhkəm yapışın, ortalıq quru, dayaz, yarımçıq insanlarla doludur!”

***


Nigar Adil: "Qarabağıxatırlamağımız üçün ermənilər əllərindən gələni edirlər.”

***


Aqşin Evrən:"Parisdə yerləşən Katakomba muzeyində 6 milyon insanın kəllə sümüyü sərgilənir.Muzeyə giriş isə 10-15 avrodur.

İtaliyanın Palermo şəhərindəki Kapuçin monastırında minlərlə cəsədsərgilənir. Bu dəhşətli "açıq qəbiristanlığa” hər il yüzminlərlə turist gəlir.

Yəni dünyaya mədəniyyət dərsi verən iki ölkə - Fransa və İtaliyameyitdən pul çıxarmaqla məşğuldur.”


***

Sevinc Şabanova: "Son bir həftədirelə kreativcəsinə toylara dəvət edirlər ki, adam 4 dəfə öldürdüyü qohumunu bi dəöldürməkdən vicdan əzabı çəkir.”


Sübhan