"Zəfərin qazanılmasında jurnalistlər də özünəməxsus rol oynayıblar" - MŞ
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr – Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının, milli həmrəyliyimizin, xalq-dövlət-ordu birliyinin parlaq təcəssümüdür. Bu möhtəşəm Qələbə, eyni zamanda, tarixi ədalətin bərpası istiqamətində Azərbaycan xalqının qətiyyətinin və sarsılmaz iradəsinin bütün dünyaya nümayişidir.
Qürur hissi ilə qeyd edirik ki, bu tarixi Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də özünəməxsus rol oynayıblar. Sözün həqiqi mənasında, qələmlərini silaha çevirən, Vətən uğrunda hərbi əməliyyatlarda iştirak edən, şücaətləri ilə yüksək dövlət təltiflərinə layiq görülən həmkarlarımız var. Ümumilikdə, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi boyunca informasiya cəbhəsində yorulmadan mübarizə aparıb, dövlətimizin və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, cəmiyyətdə yüksək mənəvi ruhun və qələbə əzminin qorunmasına mühüm töhfələr verib.
Müqəddəs Zəfərimiz gələcək nəsillərə ötürüləcək milli iradənin, vətənpərvərliyin və dövlətə sədaqətin əbədi örnəyidir. Bu böyük Qələbə naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirmiş qazilərimizə minnətdarlığımızı bildiririk.
Azərbaycan Mətbuat Şurası 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı və media ictimaiyyətinin nümayəndələrini ürəkdən təbrik edir.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!” – deyə məlumatda bildirilib.
Digər Xəbərlər
07 Noyabr 2026 11:16
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində - FOTOLAR
06 Noyabr 2026 12:48
Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik
05 Noyabr 2026 21:19
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirildi - FOTOLAR
05 Noyabr 2026 12:39
“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib - FOTO
03 Noyabr 2026 12:58
Azərbaycançılıq ideologiyası və informasiya suverenliyi: milli birlikdən qlobal media təsirinə doğru
02 Noyabr 2026 17:55
“Rəqəmsal Media Ayı” başlayıb
02 Noyabr 2026 11:35
Türkiyənin sosial şəbəkə seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Media və Yayım Şurası
02 Noyabr 2026 09:56


Bakı -°C

