adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Dekabr 2016 14:04
98038
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                 ***

Etibar Məmmədov: "Tarif Şurasıaçıqlama yayıb ki, suyun qiymətini qaldırmamışıq. Əlbəttə, onlar belə səhv etməz.Suyun qiymətini yayda qaldıracaqlar ki, az çimib, iylənə-iylənə gəzsin camaat.Necə ki, qazın qiymətini qışda qaldırdılar”.


                                                                ***

Nərgiz Əzizova: "Dil sümüksüzdü,yiye dura bilmir adamlar”.


                                                                ***

AnarBayramoğlu: "Camaat sanki özevində yox, kirayədə yaşayır. Bu qədər kommunal xərc olar?”.


                                                               ***

XalidKazımlı: "ABŞ-ın yenidövlət katibinin adı Reks olacaq. Bu ad sizə tanış gəlmir?”.


                                                               ***

Sevinc Şabanova: "Bəlkə də cəhənnəm, cənnətə olan eşqindən yanır...”


                                                               ***

AybənizƏhmədova: "O qədər azadolasan ki, hərdən özünə işə getməməyə də icazə verəsən. Getmək istəmirsənsə,özünü məcbur eləmə deyə biləsən. Amma bu məsuliyyət ki, var, hər dəfə ciddianalar kimi icazə vermir. Hər dəfə qaldırıb işə göndərir”.


                                                              ***


Azər Sarıyev:"Xoruz ili üzümüzə söyüş kimi gəlir”.



                                                              ***

İlham Şaban: "BAYRAM.. onuqeyd edəndə BAYRAM olur”.


                                                             ***

Elçin Əlixan: "Düz söz deyəndə niyəsoruşurlar ki, "içmisən?"”.


                                                             ***

Mənsur Piriyev: "Əvvəllər qızlarata evindən ər evinə köçərdilər. İndi ata evindən facebooka köçənlər də var. Nədeyək... xoşbəxt olsunlar”.


Sübhan Mahmudov