adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2016 14:34
100980
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərənmöcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.



                                                                            ***

Mehdi Hüseynzadə: "Özünü tərifləməyən insandan yox,özünü tərifləyən, insandan qaçın”.



                                                                             ***



Elməddin Muradlı: "Yol polisindən sürücülərə endirimkampaniyası. Öz xoşuna gələnlərə çay-kofe, ləbləbi”.



                                                                            ***



Aygün Məmmədova: "Qar yağır. Uşaqlığım yadıma düşür. Qardaşımlahəyətdə saatlarla qartopu oynayırdıq, növbə ilə bir-birimizi xizəkdə sürərdik, ayaqlarımız,əllərimiz buz bağlayardı, evə girib peçin yanında əlcəklərimizi, çəkmələrimiziazca isidib bir də düşərdik. İndi qar yağır və mən qayıtması mümkün olmayanuşaqlığımı axtarıram”.



                                                                             ***

Yusif Məhəmmədoğlu: "Əvvəllər ölməkdən qorxurduq, indiyaşamaqdan...”


                                                                            ***



Nisa Rəhimova: "Həyat adamı elə başıaşağı fırladırki, sanki beyninə qan sızır və elə bilirsən ki, hər şeyin sonudur. Və bu andaqucaq dolusu yaxşı insan yadıma düşür. Bir də görürəm ki, ağzım qulaqlarımaçatıb”.



                                                                            ***



Orxan Saffari: " Təsəvvür elə bu gün hamıdan tezdurmuşam ki, səni məndən əvvəl heç kim fikirləşməsin”.


                                                                            ***



Etibar Hüseynov: "Facebook”da hamı, "havadanxaş, xəngəl, qutab iyi gəlir" yazır. Gör heç kitab adı çəkən var?..”



                                                                            ***



Səbinə Paşayeva: "Pəncərədən baxıram. Qar elənarın-narın, elə nazlana-nazlana yağır ki, əriyəcəksən, sən də torpağaqarışacaqsan deyib, qışqırmaq istəyirəm. Kimdir ee eşidən...”



                                                                            ***


Toğrul İsmayıl: "Ətin qiyməti artdı. Məncə, yaxşı daoldu. Parklarımız var və parklarımızda yaxşı qazonlu sahələr var. Gedək gəzək,qazondan falan nuş edək də. Gül kimi sağlamlığımızın qeydinə qalırlar, siz dəbunu başa düşmürsünüz...”



                                                                             ***



Hacıağa Əliyev: "Quşlar qarışqaları yeyir, amma quşlaröləndən sonra qarışqalar onu yeyir. Kimin kimi yeyəcəyinə zaman qərar verir.Bir ağacdan milyon dənə kibrit çöpü düzəltmək olar, amma milyon ağacı yandırmaqüçün bir kibrit çöpü bəs edir”.



                                                                        

Sübhan Mahmudov