adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2016 15:26
35018
ƏDƏBİYYAT

Facebook ciddi yerdirmi? – SORĞU

Sosial şəbəkə həyatımızın önəmli parçasınaçevrilib. Buradan təkcə media orqanları öz paylaşımlarını həyata keçirmək üçünistifadə etmir, bura həm də medianın gündəmindəki hadisələrə ev sahibliyi edir.Bəs görəsən, Facebook, o cümlədən başqa sosial şəbəkələr ədəbiyyat vəyaradıcılıq söhbətləri, müzakirələri üçün ciddi yerdirmi? Bu barədə Adalet.azyazıçı, şairlərə müraciət etdi. Bəziləri facebookun ciddi, bəziləri isəyaradıcı insan üçün lazımsız yer olduğunu bildirdi. Facebook ciddi yerdimi?Şairlər Aqşin Yenisey, Emin Piri, Aqşin Evrən, Sevinc Elsəvər, Cəlil Cavanşir,yazıçılardan Nəriman Əbdülrəhmanlı, Günel Natiq, Murad Köhnəqala, XuramanHüseyinzadə maraqlı fikirlərini bizimlə bölüşüblər. Sorğunu sizə təqdim edirik:


Şair Aqşin Yenisey düşünür ki, facebookciddi yerdir:"Bizdə, sadəcə, elmi-texnikinaliyyətlərlə maraqlananlar tarixən avaralar, cəmiyyətin tüfeyli kimibirkalayıb taleyin ümidinə atdığı adamlar olub. Məsələn, sovet vaxtı rayonyerlərində ilk velosiped, ilk maqnitafon, ilk elektrik üzqırxanı həmişəməhlənin avaralarında olurdu. İndi də elədir. Facübookda ilk səhifə açanlar,ilk mobil telefon proqramlarını mənimsəyənlər hamının başdanxarab kimi tanıdığıadamlar olur. Dünya bu gün sosial şəbəkələrlə idarə olunur. Belə bir yer necəqeyri-ciddi ola bilər?”


Yazıçı MuradKöhnəqala isə açıqlamasında bildirir ki,dünyanın bütün qütblərini bir araya gətirmək, hər biristifadəçiyə ifadə azadlığı tanımaq çox ciddi məsələdi: "Facebookuelektron əsrinin ən böyük tapıntılarından biri hesab edirəm. Buradainsanların siması, arxasınca getdiyi ideologiyası daha parlaq görünür. Ona görəkiməsə ciddi görünən adam digərinə qeyri-ciddi görünə bilər. Hər hadisəyəisti-isti münasibət bildirə bilirsən. Hər bir istifadəçi anındaca daxilidurumunu dostlara çatdırmaq imkanına malikdi. Küçədə rast gəldiyin insanınüzünə baxıb onun fikirləri ilə tanış olmaq imkansızdı, ancaq burada hər bir"dost"la polemikaya girib rəngli düşüncələrə qərq ola bilərsən.Yaradıcı insanlar, siyasətçilər, komersantlar, lap elə səfillər üçün bu yerəvəz olunmazdı. Facebook məkanında tanış olub dotlaşanların, ailə quranların,reklam edib varlananların, məşhurlaşıb parlayanların, sadəcə baş qatıb stressatanların sayı-hesabı yoxdu. Bura o qədər ciddi yerdi ki, hətta açıq zarafatlarda eləyə bilərsən”.


Şairə Sevinc Elsevər fikrində deyir ki, kimi üçün facebookçox vaxt alır, kimi üçün isə yox: "Facebookçox vaxt alır, enerjini öldürür.Məsələn, facebookdastatus yazmağa yönələn enerjini ciddi mətn yazmağa yönəldə bilərsən. Facebookbu mənada yaradıcı adama mane olur. Amma müsbət tərəfləri də var. Yazılarınıpaylaşırsan, oxucun olur, dostlar səni tez tapır. Siz jurnalistlər üçün ciddiiş yeridir. Bax, sorğunu da burda götürürsən məndən. Amma bu o demək deyil ki,hər kəsdən facebooka ciddi yanaşmağı tələb etməliyik. Real həyatda olduğu kimiburda da qruplara bölünüb adamlar. İntellekt adamlarının öz dəstəsi var,alverçilərin öz dəstəsi, əyləncə axtaranların da öz dəstəsi. Kim hansı məqsədləistəsə istifadə edə bilir burdan. Həyatın özü kimidi facebook da. Bəzən ciddi,bəzən qeyri-ciddi. Mən özüm darıxmağı öldürmək üçün girirəm facebooka.Nevrozdan əziyyət çəkirəm. Daim darıxıram. Hansı gün çoxlu status yazmışamsademəli o gün lap çox darıxmışam. Darıxmayanda yadıma düşmür facebook”.


Yazar Xuraman Hüseyinzadə qeyd edir ki, facebook həyatımızınözünə çevrilib artıq: "Hisslərimizi, yaşantılarımızı paylaşırıq, ürəyimiz istəyəninsanlarla, dostlarla, qohumlarla həmsöhbət oluruq.Xüsusən doğum günlərimizdəözəl olur bizim üçün. Profilimizi xoş sözlər, gül-çiçək şəkilləri bəzəyir.Tanımadığımız, heç görmədiyimiz insanlardan xoş sözləri eşitmək yaxınqohumlardan, bəzən doğmalardan heç nə eşitməməkdən min dəfə yaxşıdır. Şəxsən mənimüçün facebook daha çox yazılarımı paylaşmaq üçün lazımdır. Müasir dövrünreaallığıdır ki, yazılar daha çox paylaşıldıqca oxunma sayı artır və qonorardanməhrum olmamaq şansın artır. Vəssalam”

.

Yazıçı Nəriman Əbdülrəhmanlı isə məsələyə fərqliyanaşır: "Hər halda,hər kəsin öz axtardığını tapdığı yerdi. Ciddi adamlar ciddi dostlar tapır,ciddi statuslar yazır, ciddi materallara münasibət bəsləyirlər.Vaxt geçirmək üçün gələnlərsə öz zövqlərinə və səviyyələrinə uyğun əməllərlə məşğulolurlar. Ona görə də məkanı yox, adamları müzakirə eləmək daha düzgün olardı”.


Şair Aqşin Evrəndeyir ki, belə birfikri var: "Göz görmək istədiyini görər". Əgər maraqlı, maarifləndirici,yumor dolu səhifələri izləyirsənsə, əlbəttə ki, kifayət qədər ciddi yerdir:"Adam var, son illərdə facebookdan çox şey öyrənib, nəinki universitetdən(Ancaq məhz qələm adamı üçün facebook mina basdırılmış sahədir). Belə deyək, səninəlində dəmir parçası var: onunla bir ağacı qıra da bilərsən, bir ağac əkə dəbilərsən. Yəni facebookun təyinatını məhz sənin müəyyənləşdirməyin mümkündür.”


Yazar, şair CəlilCavanşir bildirir ki, facebook necə istifadə etməyindənasılıdır: "Ciddi yanaşaraq, ciddi işlərlə məşğul olmaq olar.Amma son vaxtlarfacebook siqaret tüstüsündən göz-gözü görməyən, pivə-araq qoxusu verən yeraltıkafeləri xatırladır”.


Günel Natiq isə düşünür ki, facebook nəhəng birlayihədir: "Bəşəriyyətin həyatındakı rolu yəqin ki, çox-çox illər sonra daaraşdırılacaq və bunun əsasında biz təsəvvür etdiyimizdən də əhəmiyyətli işlərgörüləcək. Bəlkə dəbugünkü gündə biz bunun ciddiyyətini dərk etmirik. Əslində hər birimizə bir"tribuna” verilib və hətta evdar qadın da özünü bu "tribunadan” ifadə etməkinkanı əldə edib.

O kiqaldı facebookdan istifadə məqsədinə, bu müxtəlif ola bilər. Əlbəttə ki, hər kəsöz arşınıyla ölçür. Şəxsən mənim üçün facebook ciddi bir yerdir. Yaradıcı adamlar üçün bunun dəyəri daha böyükdür;yazıların, məqalələrin təbliğatı və s.

Facebookunbir üstünlüyü də var. Hətta ən yalqız adam da özünü cəmiyyətin mərkəzində hissedə bilər.

Eynizamanda, facebook bütün ciddiyyətiylə həm də əyləncə rolunu oynayır, dostlararasında zarafat, vaxt keçirmək, ünsiyyət üçün bir körpüdür.”


Şair Emin Piri fikrində bildirir ki, facebooka kimnecə yanaşırsa onun üçün odur: "Bəzi məsələlərdə mənə görə çox ciddi yerdir, bəziməsələlərdə isə ciddiyə alınmayacaq yer.Amma bizim necəyanaşmağımızda asılı olmayaraq bura sosial şəbəkədir, yazı, istehsal və.s-ın həmdə birjasıdır. Sosial şəbəkələrdə paylaşıma görə hansısa məmur vəzifədənçıxarılırsa, kimsə həbs olunursa, kimsə mükafatlandırılırsa demək buradüşündüyümüzdən daha ciddi yerdir”.