Bayrakdaroğlu-Səfəvi danışığının şifrələri... – TƏHLİL
“İsrail mediası tərəfindən paylaşılan informasiyaya əsasən 19 avqust 2026-cı ildə Türkiyənin baş qərargah rəisi Səlcuq Bayraktaroğlu və İran ordusunun de-fakto komandanı Yahya Rəhim Səfəvi arasında 3 saatdan artıq davam edən telefon danışığı həyata keçirib. Tərəflərin telefon danışığında 3 nüans diqqəti çəkib. Bunların sırasında Türkiyə ordusunun baş qərargah rəisi Səlcuq Bayraktaroğlunun İran ordusunun de-fakto komandanı Rəhim Yahya Səfəvidən Husilərə təsir etmələrini və Səudiyyə Ərəbistanına zərbələri dayandırmasını xahiş etməsidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib.
Politoloqun sözlərinə görə, bu nüans onu deməyə əsas verir ki, "Məkkə" anlaşmasını rəhbər tutaraq Türkiyə Səudiyyə Ərəbistanının təhlükəsizliyini nəzarətə götürməyə başlayır:
“Burada həm də aydın şəkildə görünür ki, Yəməndə hursilərin hakimiyyətinin əsas təminatçısı kimi İranla hesablaşmaq daha məqbul hesab edilir. Bu telefon danışığı zamanı Türkiyə tərəfinin "Məkkə" anlaşmasının İrana qarşı yönəlmədiyini bildirməsi də, uzun müddətdir ortaya çıxmış suallara da aydınlıq gətirmiş oldu. Bu telefon danışığında diqqət çəkən nüanslardan biri də həm Türkiyə, həm də İran üçün ortaq hesab edilən İsrail məsələsi və İsrailin Suriyadakı son addımlarının müzakirə edilməsidir. Buradan görünən odur ki, həm Türkiyə, həm də İran prizmasından baxıldıqda tərəflər "düşmənimin düşməni dostumdur" prinsipi ilə hərəkət etməyə üstünlük verirlər. Yəni, tərəflər bir sıra məsələlərdə və regional siyasi proseslərdə rəqib mövqelərdə dayansalar da, İsrail məsələsində ortaq mövqeyə gələ bilirlər”.
O, bildirib ki, İran ordusunun de-fakto komandanı Yahya Rəhim Səfəvinin telefon danışığı zamanı Türkiyənin baş qərargah rəisi Səlcuq Bayraktaroğluna Suriyadakı mövcud Əhməd Şara höküməti ilə bağlı narahatlığını bildirməsi də diqqət çəkən mövzu hesab edilə bilər:
“9 dekabr 2024-cü ildə Suriyada Əsad rejminin devrilməsi və Əhməd Şaranın hakimiyyətə gəlişindən sonra vəziyyət tamamilə dəyişməyə başlayıb. Burada İranın Türkiyədən Suriya ilə Hizbullah arasındakı gərginlik fonunda yaranmış vəziyyətdən narahat olduğunu bildirməsi iki anlayışı ifadə etməsi deməkdir. Biri Suriyada Əsad rejminin devrilməsi ilə güc balansının İran-Rusiya ittifaqının nəzarətindən çıxaraq Türkiyənin xeyrinə dəyişməsi idi ki, bu da son iki ildə Türkiyənin Suriyada ciddi nüfuz qazanmasının artıq İran tərəfindən qəbul ediləsi anlamını daşıyır. Məhz buna görə də, İran Türkiyədən Suriyanın Hizbullaha müdaxilədən çəkindirmək üçün təsir etməsini istəyib. Qeyd edilən bu məqamları nəzərə alaraq bir sıra fikirlərin yarandığını vurğulamaq mümkündür. Bu telefon danışığının məzmununa baxdıqda görünür ki, ABŞ-İran müharibəsi regionda vəziyyətin dəyişməsinə şərait yaradıb. ABŞ və İsrail İranı məğlub edə bilmədi və İranda teokratik sistem davam edir. Üstəlik İranda ordunun, xüsusilə də Səfəvi köklərinə dayanan şəxsin, yəni Rəhim Yahya Səfəvinin hakimiyyətə nəzarəti həyata keçirməsi bəzi güclərin gözləntilərini sıradan çıxardı. Digər tərəfdən Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı tərəfindən imzalanmış "Məkkə" anlaşması da qaranlıq qalan bir sıra suallara aydınlıq gətirdi. Baş verən proseslər onu göstərir ki, ABŞ-İran müharibəsi və İranın Ərəb ölkələrini hədəf alması, bunun qarşılığında ABŞ-nin İranı bu zərbələri endirməkdən yayındıra bilməməsi onu göstərir ki, Səud hökuməti hərbi bazaları olmasına baxmayaraq ABŞ-yə tam şəkildə güvənə bilməməsi və qarşılığında təhlükəsizlik çətiri kimi Türkiyə ilə Pakistana sığınması da diqqətdən kənarda qala bilməz.Nəhayət, Türkiyə tərəfinin İrana "Məkkə" anlaşması sizə qarşı yönəlməyib təminatını verməsi bu sazişin arxasına ABŞ-nin dayanması propoqandasını sıradan çıxarmış oldu. Həmçinin, regionun aparıcı gücləri kimi qəbul edilən Türkiyə və İranın regional məsələlərini özləri danışaraq həll edə bilərlər fikrini də möhkəmlətmiş olmaqla yanaşı, ABŞ-nin regiona əvvəlki kimi nüfuz edə bilməməsinə də işarə ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Avqust 2026 16:17
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
21 Avqust 2026 15:55
Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
21 Avqust 2026 15:11
“Bu fakt qürur hissi doğurur”
21 Avqust 2026 14:40
“Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur”
21 Avqust 2026 14:33
“Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib”
21 Avqust 2026 14:22
“Bu, son beş ildə yeddinci səfərimdir”
21 Avqust 2026 14:10
“Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb”
21 Avqust 2026 12:43


Bakı -°C

