adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2017 13:50
2644
GÜNDƏM

Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Ali Məhkəməyə yeni hakim seçilib.

Adalet.az Report-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiq edilib.

Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı şəhər prokuroru vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu il başa çatıb.