adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyun 2020 09:18
105871
ƏDƏBİYYAT

Əyyaş ata - Emin Piridən HEKAYƏ

(hekayə-esse)

"Atam tanıdığım ənalçaq adamdı. Başqa xüsusiyyətləri ilə işim yoxdur, bəlkə də dünyanın ən şərəflisidi,amma ataların şərəfsizi olduğundan əminəm” – deyərək, gözünü masadakı araqrumkasına zilləyib, fikrə getdi. Nəsəyadına düşmüş kimi davam etdi:

– Onun ucbatındanata ola bilmirəm. Ata olmaqdan qorxuram. Elə bilirəm ki, onun genlərinidaşıyıram deyə, mən də onun kimi olacam. Məhz buna görə də öz övladımın qatilinəçevrildim. Sevgilim məndən uşağa qalarkən, sevinc göz yaşları içində onu abortetdirməyə məcbur etdim. Övladım mənim uşaqlığımı yaşamasın, atam kimi insanlarövlad sahibi olmasın deyə, onu ana bətnində öldürdüm. Mən qatiləm. Atamaoxşamamaq üçün əlimi qana buladım...

Dünyada ataölümündən gözəl heç nə yoxdur. Bu mənzərəni izləməyin verdiyi rahatlığı, xoşbəxtliyiyalnız sevişmə zamanı yaranan orqazmla eyniləşdirmək olar. Onun ölümünü öz gözlərinləgörmək, duyğuların ən gözəli, hislərin ən mükəmməlidir. Təəssüf ki, bu hissiömründə yalnız bir dəfə yaşaya bilərsən. Əlimdə olsaydı, o duyğunun, tanrınınverdiyi o gözəl ölüm lütfünün dəfələrlə şahidi olmaq üçün atamı gündə bir neçəkərə dirildib, yenə öldürərdim. Düşün, öz doğma atan qolların arasında canverir. Son nəfəsini, ciyərlərinin hayqırışını ovuclarında hiss etmək vədodağına qonan körpə təbəssümü ilə çırpınışların hər anını doyasıya yaşamaq.İlahi, necə də möhtəşəmdir.

Ardıyca davametdi:

– Atası ölən dostlarıma paxıllıq edirdim.Onların yas mərasimlərində ağlayırdım. Bu göz yaşları onların kədərinə şərikolduğumdan deyil, möhtəşəm ata ölümünü – duyğuların ən gözəlini daddıqlarındaniçimi yeyib bitirən paxıllıq hissi idi. Göz yaşlarım o qədər içdən, səmimi idiki, mənim niyə ağladığımı qıraqdan baxan heç kim anlaya bilməzdi. Əksinə, hər kəsdostlarıma olan sevgimin necə böyük olduğunu düşünərdi. Amma bütün bunlar, gözyaşlarım Allaha üsyan idi –dostlarıma bu gözəl neməti verdiyinə, xoşbəxtliyinzirvəsini yaşatdığına görə... Atası ölən hər kəsin paxıllığını çəkirəm! Ah,Tanrı, səni lənətə gələsən, nə günah sahibiyəm ki, mənə bu ölüm lütfünü çoxgörürsən?!

O, danışdıqcasözlərinin sehrinə düşürdüm. Təkcə bədənimin yox, ruhumun bütün hüceyrələri iləvaleh olmuşdum. İlk dəfə ruhun da hüceyrələrə sahib olduğunu onda duydum. Gərəkruhu dibinə kimi titrədən sözlər, hislər olmalıdır ki, sən o hüceyrələriduyasan. Onun cümlələri füsunkarcasına düzməsinə, hələ bu hekayədə qeyd edəbilmədiyim, daha doğrusu istedadımın yazmağa imkan vermədiyi vəhy kimi deyilən sözlərinə heyran oldum. Hərdənmənə elə gəlirdi ki, bunları danışan Allahın özü idi. Bəli, bəli, Allah! O, özatasından danışırdı. Öz doğmasının ölümündən, bunun ona verdiyi xoşbəxtlikekstazından həm də uşaq saflığı ilə bəhs etmək insan əməli ola bilməzdi. Beləmükəmməl duyğu – ata ölümünə olan saf, uşaq sevgisi yalnız kamil insanlara məxsusdur.Tanrılaşmış insanlara!

Məclisdəkilərinsehrə düşdüyünü görüb sözlərinin ardını gətirdi.

– Onunövladlarına, doğmalarına olan sevgisi araq şüşəsinin içindəydi. Ürəyi div kimiaraq şüşəsinin içində döyünürdü. İnsanlığı şüşədəki mayenin dərəcəsindən, o şüşəyəsahib ola bilmək qüdrətinə qədər kiçilmişdi.

Sevgi ona araqbadələri kimi görünürdü. Elə o vaxtdan arağa da, onu içənləri də qatil kimigörmüşəm. Sevgi qatilləri. Harda o butulkaları görsəm, istər dükanda, istər məclisdəanamın nişan üzüyünü xatırlayıram. Mən o şüşələrdən içsəm, anamın xoşbəxtliyini,gələcəyini, sağlamlığını içdiyimi düşünürəm. Hər şüşə mənə hansısa qadınınsevgisinin, xoşbəxtliyinin məhvini xatırladır. Hər içilən şüşə bir sevgi, xoşbəxtliktabutudur. İçənlərsə, qatil.

Anamı döyə-döyəbarmağından çıxartdığı nişan üzüyü arağın ona verəcəyi həzz üçün idi. Sonrapula çevrilən o üzüyün məni də döyə-döyə dükana göndərməsi, anamın xoşbəxtliyini,sevgisini satıcıya uzadıb "xoşbəxtliyə neçə araq şüşəsi düşür?” deməyim...

Bütün araq şüşələrininiçində anamın nişan üzüyünü görürəm. Araq badələri bir-birinə dəyərkən çıxan səsbarmaqdan düşən o üzüyün səsini xatırladır mənə. Sanki hansısa qadının xoşbəxtliyibadə cingiltiləri arasında məhv olub gedir.

Bütün fahişələrinvə əyyaşların dərdi var. Problemə və dərdə görə bu yoldadırlar. Onlar dərdinolmasına üzülür? Əsla, hər yeni dərdə sevinirlər. Hər dəfə təzə dərd onlara bəhanə,yeni araq şüşəsi, məhv edilmiş yeni qadın həyatı, özlərini təmizə çıxartmaqçünşərəfsizcə uydurulmuş dərd adlı sevincdir. Doğmalarının ölümü, hər qardaş, bacıölümü onlara şeytan tərəfindən bəxş edilmiş nemətdir. Doğmalarının tabutunutorpağa tapşırmadan dərd adıyla içməyə başla...

Əminəm, o, mənimdə ölümümü istəyir. Ruhunun dərinliyində yatan şeytan ona bir övlad ölümü, dərdiarzulayır. Övlad bəhanəsindən gözəl uydurulmuş dərd nə ola bilər? İç ki, içəsən.Kim sənə nə deyə bilər, oğul dərdindən içirsən, axı. Görənlərin də "oğul dərdindəniçir bədbəxt” – sözləri var ha, arağın ən gözəl "zakuska”sıdır. Hə, əminəm, o hərgecə mənim ölümüm üçün içdən-içə dua edir.

O, şüşəyəbaxanda yenə o üzüyünü xatırlayır. Döyülə-döyüləbarmağından çıxarılarkən, "heç olmasa uşaqlara da nəsə al” hayqırtısıqulaqlarında cingiltiylə səs çıxarır. O səsi mən də eşitməyə başlayıram. Eləmasadakı digər qonaqlar da yad qadın səsi gəldiyini deyir. Axı, bizim olduğumuzzalda qadın yoxdur. Bu qadın səsi kimindir, hardan gəlir?

Səs masanınüstündən gəlir. Hər kəs bu səsi tapmaq üçün sükuta qərq olur. Bu qadınağlamsımağıdır. Əlimi qulağıma yaxınlaşdırıb masanın ortasına doğruyaxınlaşıram. Səs şüşənin içindən gəlir. Yalvarış dolu... Hər birimiz sakitcə,donmuş vəziyyətdə şüşənin içindən gələn qadının yalvarışlarını dinləyirik.

O qadın şüşəniniçində boğulur, xilas olmaq üçün çırpınırdı. Şüşənin ağzına doğru əllərini uzadaraqçıxmağa çalışırdı. Amma biz içdikcə şüşə boşalmır, qadınsa əksinə daha artıq əziyyətçəkir, xirtdəyinə kimi qalxan maye onu boğurdu.

Biz bu qədəriçmişdik, şüşə niyə boşalmırdı? Biz içdikcə şüşəni qadın göz yaşlarıyladoldururdu?!

Zala boylanıram. İçki şüşəsi olan bütünmasalardan qadın yalvarışları, uşaq ağlaşmaları eşidilir. Səslər insanın beyninəişləyir. Qulağımı əllərimlə tutaraq çölə qaçıram. İçimdəki sevgini nifrətqarışıq bütün şəhərə eşitdirmək üçün qışqırıram:

– Bütün atalaraölüm! Hər əyyaş atanın ölümü bəşəriyyətin xilası naminə atılmış ilahi biraddımdır!

...Görəsən, bugün içdiyimiz araq hansı qadının göz yaşlarıdır? Cingilti səsləri hansı xanımın üzüyüdür? Kimin xoşbəxtliyini, sevgisinibir-birimizin sağlığına içdik?!...