adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2017 17:50
14674
SİYASƏT

Əxlaqın ölçüsü və dəyəri

Respublikadaxili işlər naziri cənab general-polkovnik Ramil Usubovun Avropa Şurasının insanhüquqları ilə bağlı komissarının müraciətinə verdiyi qətiyyətli cavaba münasibətinibildirən millət vəkili Tahir Rzayev demişdi:

-Sabahının necə açılacağını dəqiq bilmədiyimiz çox ziddiyyətli və ədalətsiz bir dünyadayaşayırıq. Elə bir dünyada ki, burada hər şey demokratiya, insan hüquqları, haqq-ədalət,əxlaqi dəyərlər, talelər böyük güclərə tabe edilir, alınıb, satılır, saxtalaşdırılır.Və çox vaxt təsir vasitəsinə çevrilir. Çevrilib zəif dövlətlərinməğzinə, təsir altına salınmasına yönəldilir.Müstəqil Azərbaycana münasibətdə bu özünü daha qabarıq şəkildə göstərir.Bir çox beynəlxalq təşkilatların, Avropa Birliyinin, AŞPA-nın və digər təşkilatların insan hüququ vəazadlıqları ilə bağlı irəli sürdükləri tələbləri nəzərdən keçirərkən belə qənaətəgəlmək olur ki, əsasən onlar insanlarındünyada mənəvi əxlaqi cəhətdən zənginləşməsinə,ailələrin, cəmiyyətin möhkəmlənməsinə, dini,irqi ayrı-seçkiliyin aradan qaldırılmasına, sabitliyin, bərabərliyin bərpa edilməsinədeyil, bir çox hallarda bəşər övladının əxlaqının pozulmasına, saxtalaşdırılmasına,ailə dəyərlərinin sarsıdılmasına xidmət edirlər. Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun Bakıda cinsi azlıq nümayəndələrinin saxlanması ilə bağlı məlumatların təqdim edilməsibarədə Avropa Şurasının insan hüquqları üzrəkomissarı Niyes Misnijesin müraciət cavabını oxuyanda qənaətimdə yanılmadığımıbir daha anladım. İnsan hüquqları üzrə komissarın bir milyondan artıq qaçqın və köçkünün illərləpozulan hüquqlarını bir kənara qoyub tez bir zamanda ictimai asayişi pozan, insanlarınarahat edən bir qrup cinsi azlığın hüquqlarının pozulması barədə hay-küy qoparması və buna görərespublikanın hüquq-mühafizə orqanlarından cavab istəməsi gülünc doğurur. AvropaŞurasının bir çox dairələrinin müraciətlərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycandabəzi beynəlxalq təşkilatlara arxalanıb fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökuməttəşkilatları, birlik, hərəkatlar və eləcə də cinsi azlıqlar insan hüquq pərdəsialtında hər bir hərəkəti edə bilər və buna görə heç bir məsuliyyət daşımamalıdılar.Bu, yalnış və təhlükəli mövqedir, Azərbaycanxalqının və dövlətinin mənafeyinə ziddir. Başqa məsələləri demirəm, görəsən Avropa Şurasının İnsan Hüquqları üzrəkomissarı ölkədə olan cinsi azlıqların halına belə «ciddi acımaq»la nə demək vənəyə nail olmaq istəyir. Bu, insanları tutduqları eybəcər, xoşagəlməz yoldan çəkindirmək,hüquqlarını başa salmaq, yerlərində oturtmaq əvəzinə onlara müstəsna səlahiyyətlərverib başlarını tumarlamaq lazımdırmı? Axı əxlaqın ölçüsü və dəyəri olmalıdır. İnsan əxlaqına, hərəkətlərinə başqalarınasağlam münasibətlərinə görə seçilməli, dəyərləndirilməlidir. Özlərində təhlükəliinfeksiyalar daşıyan, danışıqlarını, hərəkətlərini bilməyən, öz davranışları iləAzərbaycan cəmiyyətində ikrah hissi doğuraninsanların mühafizəsinə, müdafiəsinə qalxmaq isə ölkəmiz üçün, eləcə də sağlam bəşəriyyətüçün bir təhlükədir. Belə yaramazlıqları, əxlaqsızlığı təbliğ və müdafiə etməklə bəzi beynəlxalq təşkilatlar dünyanı, bəşəriyyəti sonsuzluğa, xaosa, qarşıdurmalaraapardıqlarını yaxşı bilirlər. Ancaq hərəkətlərində,fəaliyyətlərində israrlıdırlar. Çünki bundan bəhrələnirlər, qazanırlar, başqalarınıtəsir altına salırlar. Belə insanlar üçün qazanc olan yerdə əxlaq, tərbiyə, mənəviyyat yoxdur.

Əbülfət