adalet.az header logo
  • Bakı -°C
14 Fevral 2026 16:11
69
KRİMİNAL
A- A+

Evlərdən 3200 manatlıq oğurluq edən şəxs saxlanıldı

Xəzər rayonunda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Adalet.az xəbər verir ki, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.

Araşdırmalar davam etdirilir.