adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2019 15:09
80447
SAĞLAMLIQ

Əvəlikli umac şorbası-həm dadlı, həm faydalı

Azərbaycan təbiəti o qədər zəngindir, florasıo qədər çeşidlidir ki, insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkiləritam bir nemətdir, desək yanılmarıq. Belə şəfa qaynaqlarından biri də əvəlikbitkisidir.

Adalet.az xəbər verir ki, Qafqazın bir çox bölgəsində, xüsusən, Qarabağda rastgəlinən bu bitkidən qida kimi də geniş istifadə edilir.

Yeri gəlmişkən, Qafqazda 25, Azərbaycanda isə 17 növü bitən əvəliyinvətəni əsasən Qarabağ, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz zonası hesabolunur. Buğlamada, göy kətəsində, dovğada, umacda istifadə olunan əvəlik həm də müalicəvi əhəmiyyətinə görə dətanınır. Həm yaşıl, həm də qurudulmuş şəkildə istifadə edilir. Qış fəslində isəqurudulmuşundan bir neçə xəstəliyin müalicəsi olan əvəlikli umac şorbasınııyerini heç nə verməz. Qarabağ ellərində nənələrimiz bu yeməyi qış aylarında xəstələnənadama içinə bol istot töküb verirdilər. Türkəçarələrdə əvəlik soyuqdəymə və mədəxəstəliklərində çox istifadə olunurdu. Tibb elmi bu bitkinin xeyrindən, müalicəviəhəmiyyətindən dəfələrlə müxtəlif jurnal və qəzetlərdə elmi məqalələr dərcedib. Bildirilib ki, əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindəndaxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında,bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindənisə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir.Yarpaqlarından vitamin "iksirləri” hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindənlaxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinliyaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə genişistifadə olunur. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.

Qarabağ mətbəxinin ənsevilən qış yeməklərindən olan əvəlikli umacın hazırlanma qaydasınıdaoxucularımıza xatırladırıq. Əvvəlcə doğranmış əvəliyi qaynayan suda bir neçə dəqiqəlikqaynatmaq lazımdır. Əvəliyin qaynaması onun həm acısının, həm də tünd rəngininçıxması üçündür. Başqa bir qazanda kərə yağı dağ olunur və üzərinə su əlavəedilir. Bu müddətdə isə undan umac edirik. Su qaynayanda üzərinə süzülmüş əvəliyivə qarışdıra-qarışdıra umacı əlavə edirik. Və yeməyimizi qatılaşana kimibişiririk, ocağı söndürməzdən əvvəl duzunu tökürük. Beləliklə müalicəvi əhəmiyyətəmalik olan əvəlikli umac şorbamız hazırdır.

Əntiqə Rəşid