Ev almaq istəyənlərə şad xəbər: Nizamnamə kapitalı artırıldı

"İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub:
Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir. Deməli, bu daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir. İndiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur".
Digər Xəbərlər

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir - VİDEO + FOTOLAR

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Kürdəmir rayonunda ilk dəfə olaraq “Bostan Festivalı” keçirilib - FOTOLAR

Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Sahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində inzibati tədbirlər görülüb
