Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir - VİDEO + FOTOLAR

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Adalet.az xəbər verir ki, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.
Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.
Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.
Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Digər Xəbərlər

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Kürdəmir rayonunda ilk dəfə olaraq “Bostan Festivalı” keçirilib - FOTOLAR

Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Sahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində inzibati tədbirlər görülüb

Yarım milyon sənədsiz evin taleyi necə olacaq? - VİDEO

Toğanalı-Kəlbəcər-İstisu yolunun inşası nə yerdədir? - VİDEO
