“Euronews” AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc etdi
“Euronews”un saytında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc olunub.
Adalet.az xəbər verir ki, məqalədə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya Prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib.
“Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı”, - yazıda deyilir.
Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Euronews”a verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər.
“Hadisədən təxminən bir il sonra, Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib, kompensasiya təklif edilib”, - yazıda qeyd olunub.
Digər Xəbərlər
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 16:57
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50


Bakı -°C

