"Ətin qiyməti 2 ayda 5 manat qalxıb" - Elnur Allahverdiyev
Rayonlarda və Bakıda ətin qiymətinin fərqli olması ilə bağlı məsələ qaldırılıb.
Adalet.az xəbər verir ki, bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında danışıb.
“Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olan halda, Bakıda 18 manatdır. Təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb. Amma ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metedologiya ilə hesablanır”, - deyə deputat bildirib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov isə deputata cavab olaraq bildirib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır:
“Ətin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var”.
Deputat Elnur Allahverdiyev isə sualına tam cavab ala bilmədiyini vurğulayıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 22:26
Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı - Rəsmi Açıqlama
24 Sentyabr 2026 17:25
Bank kartları ilə bağlı DAHA BİR QADAĞA
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09


Bakı -°C

