Ətin kilosu 5 aydır 20 manatdırsa, o 4 faiz iqtisadi artım hardadır?
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Yəni, cari ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bir sözlə, əhalinin hər nəfərinə düşən ÜDM(ümum daxili məhsul) 7941,3 manata bərabər olub.
Oxucularımız üçün bildirək ki, ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir.
Xəbər verirsiniz ki, əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrindən orta hesabla ayda 456 manatlıq mal alıb. Hörmətli SK xahiş edirəm, 10 günlük bazarlıq siyahımızı oxuyasınız və cavab verəsiniz: 1 kq quzu əti, 1 kq mal əti, 1 kq Ankor yağı, 1 kq uzun düyü, 1kq yumru düyü, 1 balıq, 1 banka bal, 1 kq pendir, kartof-soğan , meyvə- tərəvəz, yuyucu məhsullar, sabun, şampun, "paraşok", 2 kq qatıq, süd və s. qiyumətini hesablayasınız. sonrada 2 ongünlüyü də onun üzərinə gələsiniz.
Əslində isə Azərbaycan xalqı ərzağa 456 manat yox , daha çox pul xərcləyir. Bu o demək deyil ki, ailəni təmin edə bilir, Xeyir! Sadəcə bütün ərzaqlar "od" qiymətinədir. Bizim evdə 3 nəfər var 456+456+456= 1368 manat.... Mən bu qədər pulu hardan alıram ki, ərzağa verim? Bir qarın ac, bir qarın tox yaşamaq yaşamaqdır ki?
Bəlkə bir dəfə doğru bir statistika yazasınız?
Daha sonra Dövlət Statistika Komitəsi digər məlumatında da bildirib ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun qiymətində baş verib.
Quzu ətini 20-21 manatdan aşağı satan yoxdu e...
O, 4 faiz artım nədə olub onu açıq deyin, bilək...
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Dekabr 2025 19:57
Unun topdansatış qiyməti AÇIQLANDI
18 Dekabr 2025 15:02
"Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun..."
18 Dekabr 2025 13:30
“Ermənistan Rusiyadan neft məhsullarını azaldır...”
18 Dekabr 2025 11:17
Bakı limanı 100 000-ci konteyneri qəbul edib
17 Dekabr 2025 17:40
Türkiyədən Azərbaycana pul köçürmələri artdı
17 Dekabr 2025 11:19
““Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək...”
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56


Bakı -°C

