adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 May 2020 15:25
8942
GÜNDƏM

Etibar Əliyev: Kişilər olub e!

Akademiyanı Mir Əsədulla Mirqasımova görə saxlamaq lazımdır.

Bir gün Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırov Filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mir Əsədulla Mirqasımova deyib:

-Bitərəfsiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.
-Bu mümkün deyil, yoldaş Bağırov.
-Bu nə sözdür?
-Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram.

Mirqasımov birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb maşınla işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, nə katibəsi, nə də köməkçisi yerindədir. Kabinet isə möhürlənib. Kommunist partiyasının üzvü olmaqdan imtina edən Mir Əsədulla Mirqasımov Akademiyanın prezidenti vəzifəsindən azad olunub.