Etdiklərinizin peşimançılığını yaşayacaqsınız! - Elxan Şükürlü yazır
44 günlük Qarabağ savaşından ötən 1 il 6 aylıq zaman müddətindəki davranışları, eləcə də Ukrayna üzərində gedən Rusiya-Qərb savaşına reaksiyaları bir daha təsdiqləyir ki, Azərbaycanda hakimiyyət iddiasında olan siyasi partiyaların, onların rəhbərlərinin və funksionerlərinin əksəriyyətinin ölkənin gələcəyi ilə bağlı nəinki müəyyənləşmiş strategiyaları, heç aydın təsəvvürləri belə yoxdur.
30 il boyunca Qərbin şirnikləndirici və aldadıcı təbliğatının təkcə qurbanlarına yox, həm də sadiq əsgərlərinə çevrilmiş bu şəxslər və onların təsirinə düşənlər hələ də anlamaq, qəbul etmək istəmirlər ki, coğrafiya, doğrudan da, ölkələrin, xalqların qədəri, taleyidir və öz tarixi təcrübəsinə, coğrafiyasının reallıqlarına söykənməyən siyasi strategiya da sonda uğursuzluğa, məhvə məhkumdur.
Azərbaycanın müasir coğrafiyası bizə səngər yox, həm fiziki, həm də siyasi mənada körpü statusunda olmağı diktə edir və öz Evimizi - dövlətimizi qorumaq, rifah içərisində yaşatmaq istəyiriksə, bu körpünün sahibi özümüz olmalı, bütün istiqamətlərdəki girişini də, çıxışını da yalnız öz əllərimizdə saxlamalıyıq!
Yox, biz nə qədər ki, Azərbaycanın bu unikal üstünlüyünü bir tərəfə atıb, hələ də öz ölkəmizə dünyanın ən zəngin xammal ehtiyatlarına malik iki qonşusuna – Rusiyaya və İrana qarşı səngər statusu ayıracağıqsa, ərazilərimizə bundan sonra da Qərbin əməliyyat meydançası, müşahidə və döyüş postu kimi baxacağıqsa, Qərbin bu ölkələrə qarşı açdığı məkrli informasiya-təbliğat savaşında ön cəbhələrdən birinə çevriləcəyiksə və bu ölkələrə münasibətdə də Qərbin istəyi ilə davranacağıqsa, nə həqiqi müstəqilliyə nail ola, iqtisadi və siyasi asılılıqdan qurtula, nə də bu "körpü"nün təhlükəsizliyini rahatlıqla təmin edə və xalqımızı əmin-amanlıq içərisində yaşada biləcəyik!
Kiminsə əlində alət, silah olacaqsansa, bilməlisən ki, bir gün o əl kəsiləndə, yerə düşəcək də ilk sən olacaqsan!
Evini yadların səngərinə, özünü isə yad əllərdə tutulan silaha çevirənlərdən olmayın! Bir gün bu etdiklərinizin peşimançılığını yaşayacaqsınız!
Digər Xəbərlər
30 Mart 2026 23:07
Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu
30 Mart 2026 13:19
“Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də...”
30 Mart 2026 09:45
“Fransa bu müharibədə İranla qarşıdurmadan qaçmağa üstünlük verir...”
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 15:42
Qloballaşma dövründə cəmiyyətin inkişafını qadınların fəaliyyəti olmadan...
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43


Bakı -°C

