Estetik cərrah və anestezioloqla bağlı cinayət işi açıldı
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında cinayət işi başlanılıb.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
Digər Xəbərlər
19 Fevral 2026 10:18
Ərəstun Orucluya hökm oxundu
18 Fevral 2026 14:36
"WhatsApp" yazışmalarının izlənilməsi qadağandır
17 Fevral 2026 11:26
Vardanyana 20 il həbs cəzası verildi
16 Fevral 2026 17:44
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
16 Fevral 2026 12:08
Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
13 Fevral 2026 13:31
Unudulmaq hüququnun izahı verildi
11 Fevral 2026 15:22
DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi
10 Fevral 2026 18:31


Bakı -°C

