Eşşək kənd sakininin qulağını qopardı
Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.
Adalet.az xəbər verir ki, hadisə rayonunun Pəlikeş kəndində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.
Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.
Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.
Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.
Digər Xəbərlər
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01


Bakı -°C

