adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2023 14:21
3092
MARAQLI
A- A+

Əslində indiki Günəş şüaları buz dövründən bəri yol gəlir

Yerə düşən gün işıqları 30 000 il yaşındadır.

Adalet.az xəbər verir ki, bu barədə "Yaşıl elm" məlumat paylaşıb. 

Belə ki, gün işığı Günəşin mərkəzində meydana gələn Hidrogenin Heliuma çevrilməsi reaksiyaları nəticəsində yaranır. Ancaq Günəş o qədər yüksək bir sıxlığa sahibdir ki, mərkəzdə yaranan gün işığının onun səthinə çatması üçün özünə bir yol açması lazımdır. Buna səbəb fotonların Günəşin mərkəzindən səthinə gedən yolda fərqli maneələrə rast gələrək istiqamətinin dəyişməsidir. 

Məlumatda qeyd olunur ki, əgər günəş şüaları, Günəşin mərkəzindən, önünə heç bir maneə çıxmadan düz bir xətt boyunca bizə doğru irəliləyə bilsəydilər, səthə çatması cəmi 2 saniyə çəkərdi. Ancaq gün işığı o qədər məşəqqətli və ziqzaqlı bir yol izləmək məcburiyyətində qalır ki, mərkəzdən səthə çatana qədər çox uzun müddət keçir. Ona görə də, hər bir foton, Günəşin daxilində yarandıqdan sonra, təxminən 30 000 illik bir zaman dilimi ərzində gəlib Yerə çata bilir.

Qısası, bu gün bizim dünyamızı işıqlandıran Günəş şüaları əslində Buz dövründən bəri səyahət edirlər.

Emin