adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2020 14:10
41556
MARAQLI

Əsir düşüb insana, şeytan da it günündə

ABŞ-ın Corctaun şəhərində(Kolorado ştatı) Parker adlı iti fəxri mer seçiblər.

Bu qərar yekdillikləqəbul edilib.

Yeni vəzifədə Parkerinsanlarla qucaqlaşır və onlara şirniyyat verir.

Parker həmçinin"Loveland Ski Area” kurortunun rəsmi talismanıdır.

Bundan əlavə, itfiziki qüsüru olan insanlar üçün düşərgədə terapevt rolunu oynayır.

Burda deyiblər e -itin olum, ilahi!


ABŞ-da itlər meydan sulayır!


Bəzən insanlaritlik, bəzən də itlər insanlıq edə bilir.

ABŞ-ın Marin bölgəsinin (Kaliforniya ştatı) yaşlı sakinləri Yan İrvin vəonun həyat yoldaşı Kerol Kiparski meşədə romantik piknik təşkil etmək qərarınagəlirlər.

Nəticədə cütlük meşədə azaraq səkkiz gün ərzində ac-susuz qalıb.

Onların köməyinə Qrut adlı retriver gəlib. Axtarış zamanı it sahibi RiçKasseni halsız cütlüyün olduğu istiqamətə aparıb.

Bu zaman R.Kassen yaşlı cütlüyün səsini eşidib.

Xəstəxanaya yerləşdirilən Yan İrvin və Kerol Kiparskinin vəziyyətisabitdir.


Maşın-maşın cehizi var, itimin, ay itimin!


Deyəsən, bu hindlidostlarımız mənim sözümü səhv başa düşüblər.

Hindistanın Orissaştatında santallar (yerli xalqlardan biri) bir yaşlı körpəni itlə evləndiriblər.

Şəkildə də göründüyükimi al-əlvan paltarlar geymiş insanlar "bəylə” "gəlinin” ətrafında rəqs edir.

Qeyd etmək lazımdırki, santalların adətinə görə əgər uşağın ilk dişi üst çənəsində çıxırsa, bu pisruhları cəlb edə bilər.

Və məhz pis ruhlarıqovmaq üçün orada belə bir "ayinə” əl atırlar.

Yeri gəlmişkən, uşaqböyüdükdə itlə boşanmamaq şərti ilə insanla evlənə bilər.


"Buna bax, alə, xoçit ubit mne"


Kliniki ölüm yaşayanAvstraliya sakininin ürəyi 90 dəqiqədən sonra döyünməyə başlayıb.

Yəqin itlərin xəbərinieşidəndən sonra ölməyinə peşman olub.

"Elister adlı həmin şəxs həyat yoldaşı ilə BritaniyaKolumbiyası əyalətində istirahətdə olarkən ürəyi dayanıb.

Bunu görən həyat yoldaşı təcili tibbi yardım çağırıb.

Həkimlər saatyarım ərzində onu həyata döndərməyəçalışıblar.

Lakin onların cəhdləri boşa çıxıb.

Həkimlər qadına ərinin öldüyünü bildiriblər.

Lakin 90 dəqiqədən sonra Elisterin ürəyi yenidəndöyünməyə başlayıb.