adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Oktyabr 2017 15:06
15689
SİYASƏT

ƏŞRƏF, ƏŞRƏF, GƏLİRLƏR! GƏLİRLƏR!

«26-lar» filmində(adam 26-lar sözünü yazanda qorxur) maraqlı bir səhnə var: arvad tumanı geymiş ingilisəsgərləri şəhərə çıxırlar. Balaca uşaqlar (hətta biri əsgərin şalvarını dartır)bunları görüb qaçırlar komutan Əşrəfin yanına və qaça-qaça da deyirlər:

- Əşrəf! Əşrəf! Gəlirər!Gəlirlər!

Sonra dalınca qəşəngbir musiqi.

Dünən eşitdim ki,ATƏT-in Minsk qrupunun dünya yaraşıqlı həmsədrləri ayın 7-də Bakıya gələcəklər. Və heç bilmədim nədənsə «26-lar»dakı həmin səhnə yadıma düşdü.

Dedim, mən də ölkəmizinbir nömrəli qaçqını Həsənquluya xəbər çatdırım ki:

- Həsənqulu! Həsənqulu!Gəlirlər!

Yəni ki bir hazırlıqgörsün.