adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyul 2019 12:14
77996
ƏDƏBİYYAT

EŞQ və AYRILIQ

Əsl sənəti qrafik dizaynçı olan Kövsər Yaşıldaş mənəvidünyasından təsirlənərək təsəvvüf aləmindən bəhs edən kitablar yazaraq bu sahədə birincilər sırasınagirmişdir.O 2010-cu ildə ilk çıxan"Kvant fizikası və Kvant düşüncəsi” elmi və fəlsəfi kitabı ilə tanındı. "Ənə'l Həqq” kitabı ilə sevildi. Təsəvvüf mövzulu ,”İbn Ərəbi- Arif üçün din yoxdur”,Həllac Mənsur-Gizli bilgi”,”Eşqə vardıqdan sonraqanadı neylər”,”Sənin adın eşq”,”Hüruf- batini qapılar”,”Lədün elmi” və başqa mistik yönlü əsərlərin müəllifidir.Əsərləri Amazon yayınlarıtərəfindən dünyaya yayılmışdır.Hazırda bir neçə qəzetdə köşə yazarıdır.

Xatırladaq ki, bir zamançox məşhur olan"Möhtəşəm Yüzil'də Pargalının Xədicə Sultana dediyi sevgi sözləri yazarın "Ənə'l Həqq” əsərindən alınmışdır. Yazarın Ayişə Nəbi ilə silsilə söhbətlərindən birini təqdim edirik.

***

Türkiyəli yazar Kövsər YaşıldaşlaAyişə Nəbinin varlıq və yaradılış mövsuzunda mistik söhbəti.

Ayişə Nəbi: Təkamül nəzəriyyəsimi, Kün fəyekunmu? Çağlar boyunca Kainatın və varlıqların yaradılışına çeşidli açıqlamalarverilmişdir.Hər iki fikir yetərincə tərəfdar tapmış, bir çox yanaşma tarixədüşmüşdür. İnandırıcı izahlar verilsə də şübhə hər zaman oyaqdır və ağıllar hələsual işarəsinin kölgəsindədir. Təkamül nəzəriyyəsi zamana bağlıdır, hərəkət özözünə baş verir və zamanla irəliləyir.İlk hərəkətverici yenə sualdır.İlk hərəkətəgələn nədir, o da sualdır.İlk yaradılıış üçün ilk hərəkət şərtdir, yaxşımateriya yoxsa ilk hərəkət nəyə aiddir, yaxud da materiya olsa belə hərəkətverici qüvvə olmadan materiyada tərpəniş ola bilərmi.Daxili enerjisi, iç titrəşimlərideyirsinizsə, o belə hərəkətdir. Yaradılış ‘Ol’əmriilədirsə, yəni o yenə də hərəkətə bağlıdır, hərəkət də maddiyə aiddir. Ol dedivə oldu, ilk olan nə idi.Ol deməklə zamandan kənar maddə yarandı və sonrazamana bağlandı.Ol deməklə söz maddəyə dönüşdü bəlkə.Maddi olan yoxdursa, varolan bir tək Rəbdirsə, o zaman ilk hərəkətiifâ edən və yapan nə idi?

Kövsər Yaşıldaş: Yaradanolan Mütləq Allah Ol əmri ilə ilk hərəkəti,ilk vibrasiyanı, ilk rezonansı, ilk titrəşimi yaratdı. Və açığa çıxan, yoxdanvara gələn isə Allahın isimləri, yəni əsmaları və sifətləri olmaqdadır. Elə bu özünüsonsuzca açığa vuran isim və sifətlər həm maddi, həm mənəvi olaraq hərəkətlənmələri,yaradımalarına davam edir. Və bütünü bir olan Yaradanın Zatı olan cövhərindən bəslənir.Bir ayrılıq yoxdur əslində. Görüntüdə olan bir ayrılıq var.Yaradıcı Ol deyəndə olduqca inandırma qabiliyyətinəsahipdir və Orijin deyilən Qarışıqsız və Som olan Hərflər ortaya çıxma mənasında tərəddütsüzdülər və əmri alan kimiyaratmağa başladılar. Çünki Sahib, bunun necə ediləcəyini çox yaxşı bilirdi. Yoxdanvarlığa bir çıxış deyil, əksinə var olanı oyandırmaq və hərəkətə keçirməkarzusu. İnandırmada çox güçlü bir xəbər veriş mövcuddur. İlk hərəkət, Orijin Hərflərə"yaratmada özgürsünüz” mesajı. Madəm ki isimlər və sifətlər maddənin tüm özünə enmişvə yaratmada böyük rolu var. O halda əksetmələrini bilmək deə gərəkdir. ÇünkiAllah isimləri və sifətləri hər zərrəyə möhrünü vurur və orada maddəye şəkilverir. Yaxşı insan da belə bir qabiliyyətə sahibdirmi? Bu sualın cavabını hər kəsözü verə bilər. Yaratma Ol deyəndə varlıq sifətini işlətdi. Yoxsa ağzımı vardı Ol deyəcək. Varlıq sifətini da insana bəxş etdi. Daha doğrusu varlıq sifəti insani idi. Biz də oinsan quramasınınəks olunmalarıyıq. Oğullar kəliməsiilə kimlik qazananlarıq. Nə zaman oğulluq sifətindən insan sifətinə çatmaq mümkün olacaq, o zaman yaratmağabilinçli bir qatqımız da olacaq. Unutmayaq ki, Ol ilə hər şey ən mükəmməli iləvarlığa hücum etdi. Hər şey qüsursuz və ən gözəl şəkli ilə. Və maddi varlıqlarolaraq hamımız, hər birimiz bu yaradılma və şəkil verməyə bilərək ya da bilməyərəksonsuz sayıda qatqıda bulunduq.

Ayişə Nəbi: Mən yaradılışı Eşq və Ayrılıq olaraqgörürəm.Yaradılışa murad etdi. Eşq, yaratdı. Eşq Ayrılıqdır.

Eşq bütün varlığı özündə birləşdirənümumudünya cazibə qüvvəsidir.Hər şeyi əhatə edir, hər şeydə varlığı diridir.Bəzən "örtüsünə bürünmüş”gizli, bəzən aşkardır, Hər varlıq cansız maddə olsa belə içində bir canlılıqvar və o canlılıq o Eşq səssizliyi və donuqluğu ilə bizə özünü yox kimi qələməverir.Amma içdən içə, eşqini, canlılığını büruzə verir.Məsələn daş bəzənparçalanaraq canlı olduğunu deyir, ya da üstünə düşən bir toxumu cücərdərəkeşqini, canlılığını açığa vurur.Gizlinini bildirmək istəyir.

”Bilinmək və sevilmək istədi”. Bu Eşqəolan ehtiyacdır, bu Eşqdir. Eşq tamdır, bütündür. Yaradılış gerçekleşende Rəbyaratdığında özündən bir parça ayırdı, özündən qatdı və özündən qoparıb nəfəsindənüfürdü, ayrılıq oldu, Rəbbin bir parçası ondan ayrıldı və insan oldu. Əzəldə yaradılışöncəsi Eşqdi, yaradılış sonrası Ayrılıq oldu. Beləcə "şamü səhər yanaram” geri dönüb qopduğum Rəbbimə qovuşmaq dilərəm, AyrılıqdanEşqə varmak üçün sızlaram. Kövsər xanım Sizcə bu nədir, necədir?

Kövsər Yaşıldaş: Çox çarpıcı bir mövzudur bu "Nəfəsindən üfürdü” ayəti. Yaxşı başadüşülməli və diqqətli izah olunmalıdır. Həqiqət təkdir, əks olunmaları çoxdur. Dünya insanlığıiki həqiqət ilə qarşılaşdı. Hər canlıya toxunan, canlılığın gərəkliliyi üçün ehtiyacolan iki həqiqət: Doğum HəqiqətiÖlüm Həqiqəti. Heç kim , heç bir canlıvə canlılıq bu həqiqətdən qaçammaz. Bu iki həqiqət arasına, Anadolu mistikləri,erənləri, vəliləri və arifləri əslində bir həqiqət daha əlavə etdi. Biz Anadoluinsanı olaraq, dünya insanlığından bir az çox həqiqət bilgisinə sahibik. Nədirbu üçüncü həqiqət: Nəfəs Həqiqəti. Hərinsan dünyaya doğularaq gəlir, nəfəs alır və ölərək bu dünyadan köçür. Bütüncanlılar, atom və atomun bölündüyü hissəciklər, təbiət, heyvanlar ağlımıza gələbiləcək hər maddə formları nəfəs alır. Bu nəfəs bəzilərində tənəffüs, bəzilərindətitrəşim, bəzilərində şüalanma olaraq üzə çıxsa da, hamısı əslində nəfəsdir. Nəfəsisadəcə tənəffüs olaraq ələ almaq əksik olacaqdır. Nəfəs, Haqq nəfəsidir. Nəfəs,Haqqın bizə yəni evrənə bəxş etdiyi ən böyük hödiyyədir. Bütün evrən saf bilinçilə, Haqqın bəxşetdiyi nəfeəsi müntəzəm icra edər və vəzifəsini yerinə gətirir. Heyvanlar,nəbat, ulduzlar, atom və hissəcikləri, daş, torpaq, ağaclar, dağlar, qalaktikalarhər şey buna daxildir. Sadəcə insan, nəfs və ağıl sahibi olduğu üçün nəfəsidaha doğru və şüurlu ötürməsi gərəkdir. Çünkü nəfəs bir əmanətdir. Haqqın əmanətiolan nəfəs yer üzünə insandan axmalıdır, maddəni bəsləməlidir. Eşq ilə. Nəfəs əslində Eşqdir. Allah nəfəsi üfürərkən əslindəEşqini də bəxş etmiş olur. Anadolu erənlərimiz bunu çox yaxşı bilirlər və nəsillərboyu nəfəs bilgəliyini ötürmüşlər. Nəfəsin bilgeliyi Eşqilədir. Hər işi Eşq ilə etmək hər sözə eşqi qatmaqdır. Nəfəsin Haqdaninsana əmanətinin məqsədi, Haqq Eşqinin yerüzünə və aləmlərə enə bilməsi və torpağı doyurmasıdır. Buna görə də bircəinsan bu əmanəti ğhdəsinə götürmüşdür. Təklifbütün planetlərə və üzərində olan canlılığa təklif edilmiş olsa da, bir təkinsan bu əmanəti, öz iradəsi ilə ğhdəsinə götürmüş, doğru yerə doğru zamanda vədoğru şəkildə ötürmə vəzifəsini almışdır.Hər insan, bunu mütləq xatırlamalıdır.

Ayişə Nəbi: Allah bütündür, toxdur, doğulmazdoğurmaz, yeməz-içməz, her daim vardır, əzəldir əbəddir.O zaman "Bilinmək vəsevilmək istədi” anlayışı niyə ona aid edilir, bu insana aid duyğular deyilmi,buna bir açıqlıq gətirə bilirsinizmi, bilinməyə və sevilməyə Rəb nədən, necə gərəkduyar?

Kövsər Yaşıldaş: Haqqın,Allahın, Rəbbin, Onun sevilmək və bilinməkistəməsi mövzusu erənlərin sözüdür. Bilinməyi, sevilməyi istəyən əslindəinsandır. İnsanın özündə-canında vardır. Öz nədir? Hardadır? Axı demiştik ki "Allah nəfəsindən üfürdü”, Nəfəseşq idi. İnsanın öz xamuruna qatılan nəfəs yəni eşq idi. O halda insanın sevilməkistəməsi, bilinmək istəməsi, Haqqn sevilmək istəməsi və bilinmək istəməsidir. MənəviyatdaAyrılıq yoxdur. Ayrılıq maddə şəraitində vardır. Çoxluq olaraq görülən hər şey keçicidir,şəkildir. Hər şey əslinə dönəcəkdir. Eşq demək ayrılıq ilə eyni mənalıdır. Eşqdə bir ayrılıqdır. Lakin bütün şüurları, bütün zərrələri bir-birinə bağlayan,bir arada tutan nəhəng bir enerjidir Eşq. Nəfəsin dinamikası Eşqdir. Eşqdən başqabir şey yoxdur bu aləmdə. Hər şey yox olar, Eşq Baqi qalar. Allah,eşqi ilə bəyanolar, görünər və özünü meydana çıxarar. Bilinmək və sevilmək istəyişi buradan gəlir.İnsan ilə olan qohumluğundan, insan ilə olan can damarı yaxınlığından. Bu qohumluqnəylə olur? Nəfəs ilə olur. Allah nəfəsini insana üfürmüş və Allahın nəfəsinidaim edən insandır. Beləcə insanın Haqq ilə olan qohumluğu can damarından yaxınolması nəfəs ilədir. İnsanın ənbirinci vəzifəsi əmanət aldığı nəfəsi aləmlərə eşq ilə çatdırmasıdır.

Ayişə Nəbi:Allahın nəfəsini daim edən insandır, amma insanınbir tək nəfəsinə gücü çatmaz, tək biran, bir saniyə nəfəsini içində artıq tuta bilməz və ya əksik nəfəs ala bilməz.İnsaniçində daşıdığı Allaha qarşı gücsüzdür.Qəribədir, həm içində Allahın zərrəsinidaşıyırsan, bir növ onunla eyniləşirsən, həm də Ona qarşı bu qədər gücsüz və təsirsizsən.Allahinsanı belə ikilik, belə əkslik qarşısında qoyur.

Kövsərxanım, məsələyə gəlin başqa yöndən baxaq, "İnsanın yaradılışına qədər elə dövrlər keçdi ki,anlaşılan bir şey deyildir” deyir İnsan surəsində.

Kövsər Yaşıldaş: Ayətə çox çarpıcı bir cümlı var: Anlaşılan bir şey deyil. Bu cümlə bir çaşqınlığınifadəsidir. Anlaşılan kimi deyil deməkheyrət anlamındadır. Eyni şey bu gündə bir elm sahəsində işlənilir. Günümüzdə elm adamları Kvant Fizikasını kəşf etdiklərində bu cümləni qurdular:Kvant dünyasında heyrət etməyən adam heç bir şeyanlamamışdır. Kvant fizikası möhtəşəmbir ölçüdür. Orada özünüzü itirərsiniz və heyrətdən bir şey anlaya bilməzsiniz.Elə ki, atomun kiçik hissəciklərinə enildikcə kəşf edilən hissəciklər, göz iləbaxıldığında hissəcik olaraq var, amma müşahidəylə baxmadığında dalğa boyuna dönübbütün kainatı dolanır.Bax buna elmdə Dolanıqlıq, dolaşıqlıq deyilir. Texnologiyagelişdikcə, elmi bilgilər ortaya çıxdıqca, Təsəvvuf düşüncəsi ilə Elmin bənzərlik daşıdığını görməməkimkansızdır. Necəmi?

İndi çox önəmli bir bilgi paylaşmaq istəyirəm: Elmadamı hissəciyə baxdıqda orada varolan bir zərrəcik var, amma baxmadığında orada zərrə, dalğa boyutuna geçərəkbütün kainata yayılır. Qədim zamanlarda bilgələr də bunu etmış: İnzivaya çəkilmişlər bəlli zamanlarda. Gecələri,gözlərini yumaraq ibadət etmişlər səssizlikdə. Niyə belə etmişlər? Çünkiinsanların görüş məsafəsindən çıxmaq, öz görüşlərini qapatmaq surəti ilə maddi zərrəcikölçüsündən, titrəşimi yüksək dalğa ölçüsünə yüksələrək bütün kainatıdolanmışlar. Biz heç yalnız deyildik. Ayrı da deyildik. Çünki nəzəri sahədən kənardaqaldığımızda bir zərrəcik olaraq deyil bir dalğacıq olaraq var olub bütün aləmiqarışlarıq. Buna görə də öz görüş məsafəmizdə belə ola bilməyəcəyimiz məkanlaraçəkilib dalğa ölçüsünə keçə bilək ki aləmləri bürüyək. Əslində gerçək yalnızlıqvə gerçək ayrılıq insanların görüş məsafələrində ikən gerçəkləşir. Çünki o analəmlərdən qopuruq, kainat ilə bağlarımız kəsilir və bir varlığa dönürük zərrəcikolaraq. Elmdə (Kvant Dolaşıqlığı) və Təsəvvüfdəki(Seyr-i Sülûk) deyilən bu dolanıqlıq qanununuişlətməyi öyrənməliyik.

Ayişə Nəbi:Yenə də ilk başdakı fikrə gəldik,varlıq hərəkətlə bilinir.

Kövsər Yaşıldaş: İkinci önəmli bir şey daha paylaşmaqistəyirəm: Elmdə işlənən Plank sabiti termini var. Zərrəciyin var – yox anlayışıdırbu. Gözümüzün görüş məsafəsinə girdiyində zərrəciyi görürük və ona var sifətiniveririk. Fəqət zərrəcik kvant sıçraması etdiyindəyəni dalğa formasına girdiyində görüş məasfəmizdən çıxır və yoxluq sifətinə çatır.Var – Yox. Var – Yox. Var ikən orada, yox ikən harada? Var ikən hər şey o zərrəcikdə,yox ikən zərrəcik hər şeydə. Zərrəcik görüş məsafəmizə girdiyində yəni Var ikənbütün aləmin özü-mahiyyəti o zərrəciyin içində, görüş məsafəmizdən çıxdığında yəniYox ikən o zərrəcik bütün aləmin özündə-mahiyyətindədir. Qısaca, itmir sadəcəgörüş məsafəmzə girir, görüş məsafəmizdən çıxır. Bu elə sürətlə olur ki, ancaqkvant fizikasında kəşf edilə bildi.Günlük yaşamda maddənin şüalanması elə sürətləolur ki var-yox olayını biz daima mövcud olaraq qəbul edirik. Bir daşa baxdığımızdadaima oradadır. Baxdığımızda daima orada durur. Amma ki o çox sürətli bir şəkildəvar – yox anlayışındadır.

Ayişə Nəbi: Varlıq bizim bilgimizdən asılıolmadan var.Bizim görüb görməməyimiz onun Özünü dəyişmir.Sürətin bizimqavrayışımızdan üstün olanı bir növ sabitlik yaradır, aşırı sürət hərəkətsizlikkimi görünür bizə.Məsələn, yer sürətlə fırlanır, amma biz onu hiss etmirik vəgörmürük, yeri sabit olaraq görürük.Bunun təsəvvüfdə necə əks etdiyini düşünsək?

Tanrı zərrəciyi. Öncələr maddə atoma qədərbölünür, atom bölünməzdir deyirdilər, sonra o da bölündü, atom daparçalandı, ondan törəyən zərrəciklər də parçalandı və parçalanmayan bir zərrəcikvar ki onun adına Tanrı zərrəciyi deyirlər.

Kövsər Yaşıldaş: İndi bunu təsəvvüf düşüncə tərzində necə dəyərləndirə bilərik? Anadoluerənləri, vəliləri və arifləri Fəna və Bəka halları ilə bunu bizə yüzlərlə il öncəanlatmaq istəmişlər. Demişlər ki Sən olduğunyerdə ikən hər yerdə və hər şeydə isən Fənadasan, yəni yoxluğundasan. Hər şeyin səndə olduğunu hiss etdiyin an Bəkadasın.Yəni varlığındasan. Var-Yox anlayışı bir illüziyadır. Yəni cavabı ən başındasöylemişdik, ayətdə deyir ki anlaşılanşey deyil.Elm adamları da demişlər "kvantbilgisi qarşısında heyrətə düşməyən onuanlamamışdır” . Elə bir hala keçirsən evrən ilə bütün olursan, aldığın nəfəsaləmlərlə bərabər olur, hər şeyin özünə sinərsən hətta sünərsən, kainatın hər zərrəsindəəriyərsən, bax o an yoxluğa yəəni fənaya ermisən deməkdir. Dayan deyərsən. Çünkidaha irəli bədəni tərk edişdir. Titrəşimin bu kədər incəlməsi bədəni də yandıracaqdır.Dayanar o an o hal. Bax o an təkrar bədənə geri dönərsən və varlığında mövcudolmağa davam edərsən. Hər şeyin səndə olduğu idrakı ilə anlayışı hakim olar oan. Bax, bu Bəka halıdır. Varlıq halıdır. İbadətlərimizi edərkən bu varlıq vəyoxluq anlayışını da hiss edərək yaşayaraq öyrənməliyik.

Üçüncü önəmli bir məsələ paylaşmaq istəyirəm: Təsəvvüfü bizə əksik söyləmişlər.İnsan təriflərə ehtiyaç duyar ha. Bax təsəvvüf dini bir kəlimə olaraq bizə əksiköyrədildi. Ancaq təsəvvüf bir düşüncə tərzidir. Necə bir düşüncə tərzi? Dərin düşüncə tərzi! Eyni ilə mifologiyakimi, fəlsəfə kimi, tibb elmi kimi, kvant fizikası kimi, astronomiya kimi, astrologiya kimi, din kiki, geologiya kimi, sənaye kimiayrı kateqoriyada sərbəst dəyərləndirilmeli. Aboregenlər haqqında dərin düşündüyünüzdətəsəvvüfi düşünmüş olursunuz. Yəni dərin düşüncə etmiş olursunuz. Qızıl dərililəri,Mifologiyanı, fəlsəfəni, qədim bilgiləri, Tibb elmini, Kvant elmini, ulduzları, dünyanı, yaşamı, davranışları,əlaqələri ələ alıb dərin düşündüyünüzdə enini uzununu önünü arxasını içdən və çöldən üzdən və ya dərin düşündüyünüzdə təsəvvüfidüşüncə yaratmış olursunuz. Bunu da əlavə etmək gərəkdir. Təsəvvüf bir dərin düşüncə tərzidir və hər birimiz bu dərin düşüncə tərzini yaxşı öyrənməliyik.

Ayişə Nəbi:. Hər şey tozdan yaradıldı, yaxşı bəs toz nədən yaradıldı? Tanrı zərrəciyi bu günvarılan son nöqtədir.Texnologiya gəlişsə bu zərrəcik də parçalansa yaradılışdüşüncəsi necə dəyişər sizcə?

Kövsər Yaşıldaş: Sualın digər hissəsinə dönərək: Toznədən yaradıldı? Toz deyilən hər maddənin özündəki atomdur. Atom çox güclüdür.Nə qədər parçalansa da əsla yox ediləmmız.Çünki atom Tanrısal gücdür. İlahi bir enerjidir. Nəfəs alır, Eşq ilə salınır vəcanlıları bəsləyər. Atom nə isə maddə də odur. Hər elm adamı da bunun fərqindədir.Bunu bilir əmin ola bilərik. Nə qədər etiraz edilsə də bu gerçək dəyişməyəcək.

(Davam edəcək)