adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Dekabr 2014 13:20
2800
MƏMLƏKƏT

Eşitmə və nitq qüsurlu uşaqlar üçün surdaloji xidmət mərkəzi yaradıldı

Adalet.az-ın məlumatına görə, "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB)Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində "Eşitmə və nitqqabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmətmərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirdi.

Layihəninəsas  məqsədi kimi eşitmə və nitqqabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlara  surdaloji xidmət mərkəzi yaradılmaqla həminuşaqların informasiya almaq hüquqlarının təmin edilməsi, bilik vəbacarıqlarının inkişaf etdirilməsi və surda-tərcüməçi ixtisasının inkişafetdirilməsi üçün  təlimlərin təşkilindən,eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində təkliflərinverilməsi müəyyən edilib.

6 aymüddətində həyata keçirilən layihə çərçivəsində eşitmə və nitq qabiliyyətiolmayan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılmış,surdo-tərcüməçi ixtisası üzrə peşə hazılğı ilə bağlı kurslar təşkil edilmiş,"Eşitmə və nitq qabiliyyəti olmayan uşaqların tədris-tərbiyə medologiyası”kitabı nəşr edilmiş, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinəsosial – hüquqi məsləhət xidmətləri göstərilibdir.

Layihəninicra planına uyğun olaraq 17  dekabr BeynəlxalqMətbuat Mərkəzində "Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanlarıməhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti”  adlı layihə ilə bağlı yekun tədbir keçirildir. Tədbirdə layihənin icrasına dairhesabat verilmiş, "Eşitmə və nitq qabiliyyəti olmayan uşaqların tədris-tərbiyəmedologiyası” kitabının və SHAİB-in rəsmi internet saytının (www.rsr.az)təqdimatı olmuş, jest dili kursunu bitirənlərə sertifikatlar təqdim olunubdur.

Tədbirigiriş sözü ilə "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin (SHAİB)sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihə çərçivəsində görülmüşişlər haqqında məlumat vermişdir. Tədbirdə Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi  Nazirliyiyanında Dövlət Sosial Təminat Xidmətinin Sosial xidmətin təşkili sektorununmüdiri Vüqar Behbudov,  AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əlilliyi olanşəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatlarıİttifaqının prezdineti Davud Rəhimli və digərləri çıxış etmişlər. Müzakirələrnəticəsində layihənin əhəmiyyəti və onun gələcəkdə davamlı olmasının zəruriliyivurğulanmışdır. Layihənin nəticəsi olaraq hazırlanmış geniş təkliflər paketiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinə təqdim edilmişdir. Tədbirinsonunda jest dili kursunu bitirmiş tələbələrə sertifikatlar təqdim edildi.