Əsgərin özünə xəsarət yetirməsiylə bağlı cinayət işi açıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Kənan Bəhmən oğlu Cəfərovun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Respublika Hərbi Prokurorluğundan Adalet.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Digər Xəbərlər

MƏHKƏMƏ: Başlıbel əhalisinin məhvinin şahidi olanlar ifadə veriblər - YENİLƏNİB + FOTOLAR

"Yaşlı kişini yandırmışdılar, sadəcə, başı qalmışdı" - Başlıbel faciəsinin şahidi

"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər" - Zərərçəkmiş

Barışıq sazişi əsasında cəzadan azad edildi - Azərbaycanda ilk

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib
