Əsəb nədən yaranır?

Bu dəfə sizlərlə müalicədən danışmaq istəyirəm. Bu fərqi yoxdur ki, psixoloji yaxud orqanizmin müəyyən yerində olan spazmlar, ağrılar yaxud iltihab və s.
Çoxlarımız həkimə getmirik. " Əşhi nə var axı həkimdə?" "Həkim zad boş şeydi", "Allah yazan ömürdü, harda qırıldı qırılacaq", "Qismətdən artıq yemək olmaz" və s. bu siyahını nə qədər istəsək uzada bilərik...
Bütün xəstəliklərin kökündənəslində xarakterimizə yansıtdığımız, hansı ki, xəstəlikdir deyə müşahidə etmədiyimiz - əsəb, gərginlikdir. ( "onun xasiyyəti əsəbidir, nə desən yeyəcək səni", "Bax, bilirsən ki, atana bu sözü desən əsəbləşəcək, çıx get" və s.)
Bəs yaxşı əsəb nədən yaranır? Niyə əsəbləşirik? Niyə hər şeyə tez reaksiya veririk?
Yenə qayıdırıq ən başa.... Hər şeyin kökündə uşaqlıq travmalarımız dayanır. Uşaqlıqdan "böyüyəndə düzələr, keçər" dediyimiz şeylər biz böyüyəndə keçmir, əksinə içimizi məhv edir. Necə deyərlər, "İçim özümü yandırır, çölüm özgəni".
Bəzən naəlac qalıb həkimlərə üz tuturuq... Bəs niyə kor-peşiman geri dönürük ?
Aha.... Həkimin qəbulu, dərmanların qiyməti, müalicə dövrü və s... hələ bir də bunun mrt, kt və s. Kimi halları varsa gəl keyfim gəl... Heç bir aylıq əmək haqqı çatmaz. Döşək arası nə qədər pul varsa tökərsən ortaya yetməz, qonum - qonşu borc - xərc. Nəyə gərək?!...
Bir də ən sadə üsul var : "Ayaqlarını uzat və kəlmeyi-şəhadətini öncədən de və öləcəyin günü gözlə".
Bəli. Təəssüflər olsun ki, bu gün biz nə qədər inkişaf edə bilsək də geri düşüncələrimiz bizi sözün əsl mənasında geri salır.
Hər bir fərd mübariz olmalı, hər bir xəstəliklə mübarizə aparmağı bacarmalıdır. Hər kəs yaşamaq haqqına malik, xoşbəxt olmağa isə layiqdir.
Şəlalə CAMAL
(AJB - nin üzvü)
Digər Xəbərlər

Naxçıvanda qidadan 143 nəfər zəhərlənib

Xərçəng xəstələrinə masaj olar?

İmişlidə toydakı kütləvi zəhərlənmənin səbəbini açıqlandı

Kimlər qrip peyvəndi vurdurmamalıdır?

Abortların sayı artıb

Bu, bizim borcumuzdur...

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirildi - FOTOLAR
