adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2019 09:09
17212
GÜNDƏM

ƏSAS MƏSƏLƏ QARABAĞ DEYİL EY, ŞAH İSMAYILDI

Ağdamda döyüşlərgedir, uşaqlar Şelli dağının üstündəermənilərin qabağını kəsiblər, qansu yerinə axır. Ağdamın say-seçmə oğullarından Şahin Əliyev də (Xallı Şahin) döyüşdədi.Bu vaxt bir uşaq təngənəfəs halda gəlib çıxır səngərə.

- Şahin əmi, aşağıda beş-altıadam səni gözləyir, deyirlər təcili düşsünaşağı.

Şahin də deyir yəqinköməyə-zada gəliblər, yenir aşağı. Görür beş-altı dostu-tanışı durub. Soruşurki, xeyirdimi? Deyirlər ki, Əliyev, Ağcabədiyə balığa gedirik,bizə üç-dörd dənə qumbara ver.

Başını bulayıb deyir:

- Ən vacib məsələ balıqdı. Erməni qaçmır ha, haqq-hesabımızı çəkəcəyik.

İndi Qarabağ qaçmır ha, durub orda, əsas məsələ Şah İsmayıldı. Bu Şah İsmayılın axırına çıxaq, onuVətən xaini, xalq düşməni, alkoqolik,eləcə də din düşməni edək , sonra Qarabağ durur, biz dururuq!

Şahmar Əkbərzadə belə yerdədeyirdi:

UTANIM YERİNƏ, AY UTANMAYAN!