Ərzurumda Paşayevanın anım mərasimi keçiriləcək

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin (TDƏD) Ərzurum şöbəsi Şəhər və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə birlikdə mərhum millət vəkili Qənirə Paşayevanın anım mərasimini keçirəcək.
Adalet.az bildirir ki, bu barədə TDƏD-in Ərzurum şöbəsinin rəhbəri Murad Ərtaş məlumat verib.
Oktyabrın 7-də TDƏD-in şöbə mərkəzində keçiriləcək anım mərasimində Qənirə Paşayevanın həyat və yaradıcılığı, fəaliyyəti və şeirlərindən bəhs olunacaq.
Ərtaş anım mərasiminə Qənirə Paşayevanı sevən və əsərlərini oxuyan hər kəsi dəvət etdiklərini bildirib.
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
