"Ermənistanın yaydığı məlumat yalandır" - MN

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır.
Digər Xəbərlər

Kəlbəcər sakini Goranboyda minaya düşdü, sol ayağı amputasiya edildi - YENİLƏNİB

Ermənistanın mina terroru nəticəsində ölənlərin və yaralananların sayı açıqlandı

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir
