01 Mart 2024 16:41
895
GÜNDƏM

"Ermənistanın milli qəhrəmanı"nı Xankəndidə "sökdülər" Şarl Aznavur da "getdi"

Deməli, 44 günlük müharibədə “qəhrəman erməni xalqı” o qədər sarsıldı ki, başını itirdi. O noyabr qələbəsindən sonra bunu həzm etməyən, qalxıb yenidən döyüşməyə cəsarəti də çatmayan ermənilər, başladılar azərbaycanlıları qıcıqlamaq variantına .


Deməli , 2021-ci ildə Azərbaycanın qədim şəhəri olan Xankəndində- Mədəniyyət Mərkəzinin ərazisində yerləşən Erməni-Fransız Dostluq Parkında Şarl Aznavur (Şaxnuur Vaxinak Aznavuryan) büstü qoyuldu.
Maraq üçün deyim ki, Ş.Aznavur 1924-cü il mayın 22-də Parisə Ermənistandan gələn ailədə doğulub.
Aznavur 7 dildə 1200 mahnı yazıb, 94 ölkədə konsert verib, 180 milyondan çox musiqi valı yazdırıb, 60-dan çox kinofilmdə çəkilib.
O, üç dəfə evli olub, 6 övladı var.

1998-ci ildə "Time" jurnalı və CNN telekanalının keçirdiyi rəy sorğusuna görə, XX əsrin ən yaxşı estrada ifaçısı kimi seçilib.
Artist Fransa Fəxri legion ordeninə layiq görülüb, UNESCO-da Ermənistanın səfiri olub, "Ermənistanın milli qəhrəmanı" adına layiq görülüb.
İrəvanda bir meydana onun adı verilib, Gümrü şəhərində ona heykəl qoyulub.


SSRİ dağılandan sonrakı dövrün hər ilində Aznavur Ermənistana fəal kömək göstərib, tarixi vətəni ilə bağlı olduğunu həmişə vurğulayıb. Qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub.
Şarl Aznavur 2018-ci ildə 94 yaşında ölüb. Müğənninin fərqli oryentasiyası haqqında söhbətlər gedir, onun homoseksual olduğu bu günə qədər müzakirə edilir.


Düzünü deyim, mayın 22-də Xankəndidə bu məlun erməniyə heykəl qoyulanda ən çox əsəbləşənlərdən, qəzəblənənlərdən biri də mən olmuşam.
2 gün əvvəl 28 fevralda erməni mediası yazdı ki, Azərbaycan dövləti məşhur müğənninin 100 illik yubileyi münasibətilə ucaldılan abidəni söküb. Guya bu da Dağlıq Qarabağın Mədəni İrsin Mühafizəsi üzrə Dövlət Şurası növbəti növbəti vandalizmlə bağlı xəbərdarlığı imiş.Erməni ictimaiyyəti də bu xəbərdən çox əsəbləşib və hazırda sosial şəbəkələrin erməni seqmentində məsələ ilə bağlı statuslar yazılır, rəylər verilir. "Azərbaycan işğalçıdır","qədim "erməni mədəni irsi"nin dağıdıcısı" kimi ifadlərlə hücuma keçiblər.

Qeyd edək ki, topladığım məlumatlara görə, ermənilər 1988-ci ildən etibarən işğal etdikləri Xankəndidə heykəlini ucaltdıqları Şarl Aznavurun heykəli də Stepan Şaumyanın, Nelson Stepanyanın, Qaregin Njdenin, Vazgen Sarkisyanın, Monte Melkonyanın, Aşot Bekorun Alek Manukyanın heykəllərinin yanında dincəlir.

P.S. Görün Allah bilmirəm hansı günahımıza necə bir rəzil məxluqlarla qonşu salıb, e... Ay şeytandan törəmiş terrorçular, qatillər, separatçılar. Qarabağ Azərbaycan ərazisidir. Nəyi ora əkər, nəyi ordan sökər özü bilər. Aparın zibilinizi gözzzünüzə soxun, əl çəkin də bizdən...

 Əntiqə Rəşid