Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 İL ÖTÜR

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
Adalet.az xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Digər Xəbərlər
 30 Oktyabr 2025 10:07
 30 Oktyabr 2025 10:07 Kəlbəcərdə azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO
 30 Oktyabr 2025 10:06
 30 Oktyabr 2025 10:06 17 yaşlı Əfsanənin toyundan görüntülər - VİDEO
 29 Oktyabr 2025 17:10
 29 Oktyabr 2025 17:10 Azərbaycanda zəlzələ oldu
 29 Oktyabr 2025 15:29
 29 Oktyabr 2025 15:29 Bir yaşlı körpə su quyusuna düşərək öldü
 29 Oktyabr 2025 14:16
 29 Oktyabr 2025 14:16 17 yaşlı hamilə gəlinin ölüm səbəbi MƏLUM OLDU
 29 Oktyabr 2025 11:00
 29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
 27 Oktyabr 2025 09:11
 27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
 27 Oktyabr 2025 08:48
 27 Oktyabr 2025 08:48 

 Bakı -°C
 Bakı -°C 






