adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Oktyabr 2020 12:52
42278
HÜQUQ

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb

Ermənistanın Azərbaycanın mülki əhalisini və mülki obyektləri, infrastrukturu atəşə tutması nətəcəsində sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.

Adalet.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluğunda 19 cinayət işi açılıb.

O bildirib ki, cinayət işləri ilə bağlı işlər davam etdirilir.