Ermənistandan Rusiyaya sərt cavab:"Şərhiniz məntiqli və düzgün deyil"
Rusiya tərəfinin Ermənistanın Qərbdən keyfiyyətsiz silahlar alması ilə bağlı iddiaları
erməni tərəfi cavab verməyə sövq edib.
Beləki,Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan deyib ki, Ermənistan hansı döyüş sursatı aldığını çox yaxşı araşdırır.
Onun sözlərinə görə, Ermənistanı bəzi növ müdafiə vasitələri ilə təmin edən tərəfdaşlarla Yerevan arasında mövcud olan qarşılıqlı etimad çox təhlükəsizdir: “Əlavə dəqiqləşdirmələr üçün Müdafiə Nazirliyi ilə danışmağı təklif edəcəm, onlar sizi əmin etsinlər ki, Rusiya tərəfinin verdiyi o şərhlər məntiqli və düzgün deyil”, – deyə Xandanyan bildirib.
Erməni müxbir Ermənistanın çoxdan pulunu ödədiyi Rusiya silahlarının tədarükü ilə bağlı məsələnin necə baş verdiyini soruşduqda Xandanyan cavab verib ki, onlar bu məsələni həmişə qaldırırlar.
Qeyd edək ki, Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. Ermənistan bundan öncə də Fransadan yaxınmənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Sentyabr 2026 19:31
Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi
09 Sentyabr 2026 18:32
“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
09 Sentyabr 2026 18:00
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
09 Sentyabr 2026 17:08
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”
09 Sentyabr 2026 15:03
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22


Bakı -°C

