"Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır” - Çavuşoğlu
"Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi əhatəli sülh müqaviləsi ən qısa zamanda bu ölkə ilə Ermənistan arasında imzalanmalıdır. Biz bu prosesi dəstəkləyirik"
Adalet.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda türk icması ilə görüşündə deyib.
“Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var”, - nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.
"Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur, erməni qruplaşması Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər.
Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Bu, məlum səbəblərdən indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır", - Mövlud Çavuoğlu vurğulayıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 17:28
Baş prokuror Rusiya Ali Məhkəməsinin sədri ilə görüşdü
29 Sentyabr 2026 14:27
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29 Sentyabr 2026 12:33
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
29 Sentyabr 2026 12:17
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - FOTOLAR
29 Sentyabr 2026 10:50
“Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib”
29 Sentyabr 2026 10:12
“SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur”
28 Sentyabr 2026 22:45
Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət
28 Sentyabr 2026 18:42


Bakı -°C

