Ermənistan müxalifəti: “Müharibə olsa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”
"Qarabağda müharibə başlasa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika partiyasının sədr müavini Armen Aşotyan açıqlama verib.
"Minsk qrupunun həmsədrləri, həmçinin, Yohannes Xan və Frederika Moqerinin simasında bütün Avropa Birliyi nümayəndələri Nikol Paşinyanın təşəbbüslərini dəstəkləmirlər. Bu təşəbbüslər arasında Qarabağın danışıqlara qatılması məsələsi də var. Rəsmi bəyanatlarda ilkin şərtin irəli sürülməməsi deyiləndə məhz bu nəzərdə tutulurdu. Ona görə də hərbi əməliyyatlar bərpa olunsa, dünya birliyinin önəmli hissəsinin Azərbaycanı dəstəkləməsi ehtimalı var”-deyəAşotyan deyib.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47