Ermənistan geosiyasi alət kimi istifadə edilir - Qaluzin
Qərb Moskva ilə qarşıdurmada Ermənistanı geosiyasi alət kimi istifadə edir.
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Qərblə münasibətlərindəki addımlarını, o cümlədən təşkilat daxilindəki öhdəliklərinə əməl etməsini izləyir: "Moskva üçün ən vacib şey Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasıdır. İrəvan müttəfiq əməkdaşlığından kənarda qalmır və qəbul edilən bütün qərarlara qoşulmaq imkanını saxlayır. Rusiya hesab edir ki, İrəvan Moskvanın Cənubi Qafqazdakı təbii müttəfiqidir. Rusiya-Ermənistan münasibətlərinin strateji statusu möhkəm hüquqi çərçivədə təsbit olunub. Əminik ki, Rusiya ilə Ermənistan arasında müttəfiq əməkdaşlığına alternativ yoxdur".
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

