adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2022 13:58
973
İQTİSADİYYAT

ERMƏNİSTAN BÜDCƏSİNİN 10 FAİZİNİ 30 MİN ERMƏNİYƏ AYIRIB

Heç kəsə sirr deyil ki, Ermənistan, belə demək mümkünsə, acından günorta duran ölkələrdən biridir. Günorta duranda da əlinə bir şey keçmir. Borc və kredit hesabına yaşayır, daha doğrusu, Rusiyanın quberniyalarından biri kimi onun əlinə baxır. Və təbii ki, Rusiya da erməninin qaşına-gözünə və Haykanuşuna heyran olmayıb, əvəzinə Ermənistanın zavod və fabriklərini və ümumiyyətlə, az-çox nəyi var borc hesabına götürüb. İndi divar qurtarandan sonra neyləyəcəklər, onu Allah da bilmir, bircə Putin bilir. İndi 3 milyarddan bir az çox olan büdcəsindən Qarabağda yaşayan ermənilərə 300 milyon dollar ayırıb. Müəyyən tikinti-quraşdırma işləri üçün, mənzillər üçün və sair və ilaxır.

Əvvəla, qulağı kar, gözü kor Avropa və dünya bilir ki, Azərbaycan ədalətli müharibə aparıb, Qarabağda dinc əhali yaşayan ərazilərdəki şəhər və kəndlərə bircə dənə də mərmi atmayıb. İstəsəydik şumlaya bilərdik, necə ki Ermənistan ordusu Qarabağda bizim şəhər və kəndlərimizi şumlamışdı. İndi dünya gəlir, bizim dağıdılmış şəhər və kəndlərə baxıb ah, uf eləyir, sonra da gedib deyir ki, Azərbaycan xristian abidələrini dağıdıb. Yalançının atasının goruna itin…

Əslində o pul heç bir təmir-tikinti, yol tikintisi üçün ayrılmayıb, hamısı separatçıların hələ də Qarabağda tərksilah olunmamış silahlı qüvvələrinə silah-sursat üçün ayrılıb.

Ermənistanın Qarabağda tikinti-quruculuq işləri üçün pul ayırmasına ehtiyac yoxdur. Ən azı ona görə ki, bu işi sülhməramlılar görürlər. Sülhməramlılar təkcə tikinti- quruculuq işləri ilə məşğul deyillər, həm də 30 min erməniyə nökərçilik edirlər: bağ salır, üzüm əkir, taxıl əkir, kartof-kələm əkir və sair və ilaxır.

Biz isə beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən institutlardan, Haaqa məhkəməsindən tələb etməliyik ki, Ermənistan dağıtdıqları şəhər və kəndlərimiz üçün təzminat ödəsinlər.

 

Analitik şöbə