"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.
Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb.
“Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir”, - deyə müraciətdə bildirilir.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

