Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
Ermənistanın oktyabrın 8-də şərti dövlət sərhədində qaldırdığı və üzərində səlibçi xaçları olan bayraqlar endirilib.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, dünən saat 17-18 radələrində erməni tərəfi Vorotan kəndi ərazisinə qaldırıcı kran gətirib, üzərində xaç olan bayrağı endirib, yerində Ermənistanın üzərində xaç olmayan dövlət bayrağını qaldırıb.
Dünən saat 20 radələrində isə ermənilər kranla Şurnuxu kəndindəki xaçlı bayrağı endirib, yerində üzərində xaç olmayan, adi bayraq qaldırıblar.
Xatırladaq ki, xaçlı bayraqlar Gorusun Şurnuxu və Vorotan kəndlərində qaldırılmışdı.
Digər Xəbərlər
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04


Bakı -°C

