adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 13:45
458
GÜNDƏM

ERMƏNİNİN ƏCƏLİ ÇATANDA BAŞINI DƏMİR YUMRUĞA  SÜRTƏR 

44 günlük müharibədən dərs çıxarmayan və hələ də  ağıllanmayan Ermənistan yenidən müharibəyə hazırlaşır. Silah-sursat alır, sərhəd bölgəsində səngərlər qazır.

Təbii ki, Paşinyan  müharibə istəməz, amma Fransanın və başqa Avropa dövlətlərinin əlində oyuncağa  çevrilib. Qoltuğuna  qarpız verirlər, amma fikirləşmir ki, bu qarpızlar lax yumurta kimi bir şeydi. 

O gün də Fransanın Ermənistandakı səfiri köklü-köməcli sərhədə gəlib  Azərbaycan tərəfə baxıbmış. 

Biz müharibə istəmirik. «Savaş,  sənə  qarşı savaşanlarla savaş!» Bu müqəddəs  ifadəni də  unutmamışıq. Və əgər müharibəyə başlayarlarsa, Fransa səfiri köklü-köməcli Türkiyəyə qaçıb ordan Ermənistana  baxacaq. 

Yəni doğrudanmı 2,5-3 milyonluq Ermənistanda bir ağıllı  adam tapılmır ki, Paşinyanın başına bir az ağıl qoysun?!