adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Aprel 2020 16:49
40144
LAYİHƏ

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

(əvvəli ötən saylarımızda)

Mirzə Cabbar Baxçabanın dediklərindən:

- "1918-ci ildə daşnaklarİrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətləyetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıbxiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədəbir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarladolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişiilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhaliniqırırdılar. Iran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakinİran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı".

Andronik Ozanyan Naxçıvandan Zəngəzuraaşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur,xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarlaonun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanıömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzura aşandansonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlıadamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd,Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam,Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli,Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.

Andronikin quldur dəstəsiSisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutanməscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünəneft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıbşilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidinküncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisikimi insanları ən çox Allah evlərində-vəscidlərdə məhv ediblər. Andronikinquldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarındaqazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəlləsümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları,qayaların araları insan sümüyü ilə dolu idi.

Şükar kəndindən Abbas kişinin1967-ci ildə mənə dediklərindən:- "Andronikin quldur dəstəsi kəndi mühasirəyəalmışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağınınoğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə dəqızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə dəedir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısınıaparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:

- Get nişanlın Gövhəri gətirverbizə, səni buraxaq. Eldəniz onlara ağır sözlər deyir. Dığalar onu aparıb"Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür.Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlı erməniatama zülm eləyib. Ətlə dırnağın arasəna iynəyeridib, barmağını qapının arasında qoyub sıxır, sol ayağını nallayır,qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atam onlara sirr vermir. Axırdaatamın sağ baldırının dərisini soyur, yerinə duz səpir həməyir keçilərəyalatdırırlar. Sonra aparıb "Göyuçqun" qayasından atırlar.

Təxmini hesablamalara görəquldurlar kəndimizdən 2 min baş qoyun, 975 baş qaramal, saysız-hesabsızdana-buzov aparıblar. Vəhşi ermənilər zəncirli itləri, hörüklü atları öldürməyiblərki, türklərə məxsus olan heyvanlar işgəncə ilə ölsünlər: 377 nəfəri qayadantöküb qırırlar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfərəhalisindən 824 nəfərini vəhşicəsinə məhv etmişdilər. Ümumiyyətlə Zəngəzur qəzasındaerməni hərbi birləşmələri 1918-ci ildəazərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş, 7729 nəfər azərbaycanlıları,o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşağı vəhşicəsinə öldürmüşdülər.

Andronik Zəngəzurun qərbinitalan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndiLaçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyəalır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalar tutar".

-Qaytaqanlar (qaçqınlar)! Mən sizinvəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyinizyoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyubgəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurdayaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə,10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağçıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindənağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətlifaciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusiqablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndinadamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar.Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.

Körpə uşaqları buqadları qələmvurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar.Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinəqaynar samovarbağlamış adamların hərəkətlərindən ləzzət alırmış.

Daşnak Tayqulaq Zəngəzurmahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür.Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağistiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləriAndroniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələrancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatandabarxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanınbəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamamarxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata.Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir elyaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinəyetirmək idi.

Qışda ovçular dağlaraçıxırdılar. Onlar ayı, maral, ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltanovçuluqdan tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərindəhərbi sursatı görüb şübhələnirlər.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.