adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2019 15:33
36850
LAYİHƏ

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

(əvvəli ötənsaylarımızda)

Ovçular ov etməkdən vaz keçib özləriniçatdırırlar Soltan bəyə:

-Bəy, başınqarışıb təsərrüfata düşmən gəlib oturub çənənin altında. Onlar gördükləriniyerbəyerdən Soltan bəyə çatdırdılar. Soltan bəy qəzəblənir və deyir:

-Mən bu dağlardaelə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Qısa arayış:Soltanov Soltan bəy 145 il bundan əvvəl 1871-ci ildə Zəngəzur qəzasınınQasımuşağı obasında (Kürdhacı kəndində) anadan olmuşdur. Atası Paşa bəyin,babası qatırçı Muradın var dövləti adla deyilərmiş. Paşa bəy bədahətən şeir deyən,müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədən dünya görüşlü adam olub. Soltan bəyilk təhsilini Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl təhsil almış, hərbiakademiya bitirmişdir. Soltan bəyin məzarı hazırda Türkiyənin Köçqoy kəndindədir.Soltan bəy Zəngəzurun, ümumilikdə azərbaycanın igid oğludur. Təsərüfatı çoxsevdiyindən orduda xidmət etməyib gəlib öz doğma kəndində böyük pendir zavodutikdirib və zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ,pendir, xama, qaymaq bütün Şərqdə məhşur imiş. O, Avropa və başqa Şərq dövlətləriilə ticarət əlaqələrinə girir və rus ordusunu yağ, pendirlə təmin edir.

Bu bəd xəbərieşidən kimi Soltan bəy qüvvələri səfərbər edir. Işi belə görən Andronik Soltanbəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadəedən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yadadamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubuSoltan bəyə təqdim edir.

Məktubun məzmunubelə olur:

"Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təminetsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyinizqədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa".

Soltan bəy ağıldəryası imiş. O, keşişə deyir ki, eləcavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "Paşa" sizə yaraşan ad deyil. O adtürklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisinizki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşayürüşünün təhlükəsizliyini təmin etməyə, bizə 20 qatır yükü silah lazım olacaq.Danışıqlarımız baş tutsa işarəmi gözləyin. Amma bütün silahları, topları,plemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın diqqəti cəlb etməsin.Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəyixtisasca topçu idi. Fənd işlətməklə bir gecənin içində düşmənin silah yüklü170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini,nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldurAndronik Ozanyan keşişi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindəntutub bəyə tərəf gedir.

Qələbədəməğrurlaşan Soltan bəy:

-Keşiş,hardan gəlib, hara gedirsən?

Andronikuzun əbasının balağını dəstələyə-dəstələyə:

-Bəy,başına pırlanım, bu uşağa hayıpım gəlir, azıb eyləyər, aparıb ötürüm.

O,hiylə ilə xaç çevirir, "astvasa" (Allaha) da xoş gələr, deyir.

Soltanbəy qılçını aralayır və deyir:

-Keşiş,gəl keç.

Andronikbəyin paçasının arasından keçib gedir. Bir azdan əsgərlər xəbər gətirirlər ki,Andronik keşişi öldürüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək.Soltan bəy üzünü onlara tutub:

-Əzizlərim,Türkiyədə türklər onun qulağını kəsiblər. Burada da mənim qılçımın arasından keçib. O bir daha Azərbaycana qayıtmayacaq.

Doğrudan da, eləolur. Zabığ məbluğiyyətindən sonra Andronik 30 nəfərlə gedib çıxır Üçməzdinə.1923-cü ildə gedib Bolqarıstana. Oradan da özünün iki öğlunu götürüb qaçırAmerikaya və 1925-ci ildə orada gəbərir. 1927-ci ildə Fransada yaşayandaşnaklar onun sümüklərini Parisə köçürürlər. 1990-cı ildə millətçilik,şovinistlik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindən bir ovuc torpağıYerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfası ilə Soltan bəykimi el oğlunu "Xalq düşməni" çıxartdıq, nəslini sürgünlərdəçürütdük.

Ruhun şad olsun,ay Soltan bəy! əmanət qoyub getdiyin torpaqları saxlaya bilmədik. Ümumiyyətlə1918-ci ildə 50 mindən çox soydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhaliyaralanıb, 50 min adam əlil olub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd, şəhər,qəsəbə yer üzündən silinmişdir.

Ümumilliliderimiz H.Əliyev tariximizin faciəli səhifələrindən danışarkən qeyd etmişdir:"Soyqırım və deportasiya prosesi mərhələlərlə müxtəlif tarixi şəraitdə,düşünülmüş plan əsasında həyata leçirilmişdir. Sərsəm "Böyük Ermənistan"ideyasını gerçəkləşdirmək üçün saxta iddeoloji tezislər formalaşdırılmış,terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqınaqarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşdur...

Soyqırım Azərbaycanxalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırım siyasətinin ağır nəticələriniöz üzərində hiss etmişdir...

Bu hadisələri,onların dərdlərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq vəunutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zamantörədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə vəonların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Dünya ictimaifikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların erməni tərəfindənsoyqırıma məruz qalmalarını çatdırmaq üçün ümumilli liderimiz cənab HeydərƏliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda"31 mart Azərbaycanlıların soyqırımı günü" kimi qeyd olunur.

Bu gün vəzifəsindən,siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətənövladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları yöndəmsiz, sərsəmplanları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinəçatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

MöhtərəmPrezidentimiz Cənab İlham Əliyev bu xüsusda demişdir "Biz yalnız tarixi ədalətinvə həqiqətin bərpa edilməsini, işğal və soyqrımı siyasətini yürüdənlərin beynəlxalqictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi,milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiklərisoyqrmların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli roloynayacaqdır ".

Əvəz Mahmud Lələdağ