adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyun 2019 12:09
15691
GÜNDƏM

"Ermənilərin başını əzməliyik" - SİYASƏTÇİLƏRDƏN REAKSİYA

Ermənilər Xankəndidə Avropa çempionatı keçirirlər.Çempionatda tanınmayan ölkələr, Artsax, Laplandiya, Abxaziya, Çameriya,Padaniya, Qərbi Ermənistan kimi komandalar olacaq. Bunun qarşısını vaxtındaalmaq olmazdımı?


Adalet.az siyasiətçilərin münasibətini sizə təqdim edir. 




Millət vəkili Aqil Abbas:  Yaxşı olar ki, bu sualı Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə ünvanlayasınız.







"Ermənilərinbaşını əzməliyik”


Millət vəkili Fazil Mustafa: "Ermənilərişğal etdiyi ərazidə istənilən addımı atırlar, bizim də bunun qarşısını almağagücümüz çatmır. Biz imkanlarımızdan istifadə edərək həm diplomatik, həm dəbaşqa fəaliyyətlərlə qarşısını almalıyıq.Amma biz buna alüdə olmamalıyıq.Hazırlaşmalıyıq ki, Xankəndini Azərbaycana qaytara bilək. Bunun üçün də ermənilərin başını əzməliyik,başqa yolumuz yoxdur. Hərbi üstünlüyə daha çox diqqət yetirməli, daha çox hərbisistemdə olan nöqsanlarımızı düzəltməli, güclü ordu formalaşdırmalıyıq. Buistiqamətdə addımlarımız yetərli olmayınca, ermənilər bu cür yarışlar keçirəcəkvə bizim də bunu kənardan müşahidə etməkdən başqa bir yolumuz qalmayacaq”.



"Çox sarsaq vəziyyətdə qalmışıq”


QAT-ın sədri Akif Nağı: Hesab edirəm ki, Azərbaycan hakimiyyəti tərəfindənvaxtında ciddi addımlar atılmalı idi. Çünki 6 aydır ki bu məsələ ilə bağlı söhbətgedir. Avropa liqasının finalının Bakıda keçirilməsinə qarşı ermənilər çoxciddi mübarizə apardılar, hətta iş o yerə çatmışdı ki, final oyunu Bakıdakeçirilməyə də bilərdi. Əslində haqsız mövqedə idilər, amma haqsız mövqeləri uğrunda istədiklərinəaz qala nail olacaqdılar. Azərbaycan hakimiyyəti, aidiyyatı qurumlar haqlımövqedən çıxış edərək Beynəlxaql təşkilatları inandırmalı idilər ki, bu, Azərbaycanınərazi bütövlüyünə qarşı həqarətdir. Xarici ölkələrdən hansı viza ilə gəlirlərora? Özü də bu birinci dəfə deyil. Çempionatda iştirak edənlər tanınmayanqurumlardır, heç tanınmayanlar siyahısında da tanınmayıblar. Ermənilər bu cüryarışlarla fon yaratmaq istəyirlər. Çox sarsaq vəziyyətdə qalmışıq.


"Futbol yarışıdır da, keçirsinlər. Onsuz da bu ölkələrheç bir ölkə tərəfindən tanınmayıb”.


Millət vəkili Tahir Rzayev: Bunlar təcavüzkarölkələrdir, o cümlədən Abxaziya, Asetiya kimi tanınmamış respublikalar var ki,onlar təcavüz yolu ilə bu əraziləri işğal ediblər. Onlar beynəlxalq normalara əməletmirlər. Onlar haqqında nə tədbir görmək olar?Onları ancaq zor, silah yolu ilə susdurmaq olar. Ancaq bu da məqbul yololmadığına görə beynəlxalq aləm imkan vermir.Başqa yol yoxdur. Futbol yarışıdır da, keçirsinlər. Onsuz da bu ölkələr heç birölkə tərəfindən tanınmayıb. Onlar hər cür hərəkət edə bilərlər.