Ermənilər Kəlbəcəri atəşə tutdu: Hərbçimiz yaralandı
Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər Xəbərlər
10 Sentyabr 2026 17:03
İmişlidə erkən nikahın qarşısı ALINDI
10 Sentyabr 2026 13:56
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28
Xocalıda mina partladı - XƏSARƏT ALAN VAR
09 Sentyabr 2026 19:03


Bakı -°C

