Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər Xəbərlər
13 Sentyabr 2026 11:13
İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - VİDEO
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16


Bakı -°C

