Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Digər Xəbərlər
06 May 2024 11:13
Qazaxla sərhəddə mina partladı - Erməni hərbçi yaralandı
06 May 2024 10:56Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 10:52Bu rayonlarda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!
06 May 2024 10:48Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb
04 May 2024 14:37