Erməniəsilli vətəndaşların Bakıya səfəri təşkil edilə bilər

Xəbər verdiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.
Adalet.az Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, görüşdə erməniəsilli vətəndaşların Bakıya səfərinin təşkili müzakirə edilib.
“Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib”, - məlumatda bildirilib.
Digər Xəbərlər

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
